“İlham Əliyevin “Valday” çıxışı Ermənistanda siyasi gərginlik yaradıb” – Şəmsəddin Əliyev

15.10.2019 - 15:14

Azərbaycan Respublikası “Polisə Dəstək” İctimai Birliyi bəyanat qəbul edib.

“Cümhuriyyət” xəbər verir ki, İctimai Birliyn sədri Şəmsəddin Əliyev tərəfindən yayımlanan bəyanatda deyilir:

-Azərbaycan Prezidenti İlham Əliyevin Soçi şəhərinin “Valday” beynəlxalq klubunda keçirilən plenar iclasındakı çıxışı Ermənistanda daxili siyasətin gərginləşməsinə səbəb olub. Prezidentin “Qarabağ Azərbaycanındır,Nida işarəsi” ifadəsi Nikol Paşinyanın “Qarabağ Ermənistanındır, Nöqtə”sinə haqlı və sərt cavabı idi. İlham Əliyev vaxtı və auditoriyanı dəqiq seçməklə işğalçı-faşist siyasətli Ermənistan komandasını ifşa etdi.
Nikol Paşinyanın məntiqsiz və sərsəm şüarına “Soçidəki Valday forumun”un gedişi ərəfəsində reaksiyalar gecikmədi, hətta Rusiya Federasiyasının xarici siyasətinə başçılıq edən Sergey Lavrov da biganə qalmadı: “Danışıqlar prosesi dondurulub”

Azərbayacan Prezidenti İlham Əliyevin dünyanın aparıcı ekspertlərinin, bir sıra dünya ölkələrinin liderləri qarşısındakı bəyanat xarakterli çıxışı vaxtında və yerində səsləndirildi. Bunu, hətta Ermənistan da qəbul etmək zorunda qaldı. Ötən şənbə günü Ermənistanın “Zerkalo” qəzetində “Əliyevin Paşinyana sərt cavabı” başlığı altında məqalə dərc edildiyinə görə qəzetin ermənilər redaksiyası qarşısında aksiya keçirdi, qarşısı alınmasaydı redaksiya vandalizmə məruz qalacaqdı.

Erməni “Zerkalo”nun baş redaktoru Anjela Tovmasyan Ermənistan Konstitusiya məhkəməsinin sədri Qrayra Tovmasyanın doğma bacısıdır. Maraqlıdır, erməni qəzeti Əliyevin çıxışını təqdir etmiş həm də ona konstitution güc vermişdi. Hər halda mən belə düşünürəm. Həqiqəti söyləmək, onun tərəfində durmaq həmişə cəsarət tələb edib. Erməni olanda nə olar?! Haqlı, cəsarətli çıxışa haqla,cəsarətlə cavab verməklə özləri də bilmədən Azərbayacan Prezidentinin yanında durdular. “Bu, Azərbaycan haqlıdır!” -demək idi.İndi Paşinyanın tərəfdarları Qrayra Tamasyanın istefasını tələb edirlər.Yəqin reallaşacaq.
İlham Əliyevin cavabı həm siyasi, həm diplomatik , ən başlıcası isə Azərbaycan Xalqının adından danışmaq, bəyanat vermək, xalqın vahidliyini təcəssüm etdirən şəxsin andına sədaqətin canlı nümunəsi idi. Başqa cür də ola bilməzdi.

İlham Əliyevin səriştəli diplomatların iştirak etdiyi mötəbər tribunada diqqət çəkən çıxışı aydın səmada ildırım kimi çaxdı. “Qarabağ məsələsinin həlli Ermənistan Xalqı üçün qəbul edilən olmalıdır(!)”. Fikirə və ifadəyə diqqət edin “erməni xalqı üçün…” Prezidentimiz isə erməni Baş Nazirinə haqlı irad bildirərək “barmaq silkələdi”: “…..Dağlıq Qarabağ xalqı yoxdur, Azərbaycan Xalqının tərkib hissəsi olaraq ermənilərdən və azərbaycanlılardan ibarət bərabərhüquqlu Qarabağ əhalisi var.” Bu çox uzaqgörən formulə edilmiş ifadə idi.

Paşinyan düşüncə və təfəkkürü ilə belə bir qənaət hasil etdi ki,o mənzil istismar sahəsinə başçılıq edə biləcək bir “Rəis”dir, diplomatik müzakirələrə biliyi və təcrübəsi yox dərəcəsindədir…
Əksər siyasilər, məmurlar və ekspertlər İlham Əliyevin “Nida” işarəsilə yekunlaşan fikrinə ciddi yanaşmışlar. Məsələn,Ermənistan Demokrat Partiyasının lideri Aram Sarkisyan “Erməni –Sputniki”nə İlham Əliyevin Soçidəki çıxışı ilə bağlı verdiyi açıqlamasında deyir ki, Bakı ilə hüququn dili ilə danışmaq lazımdır. Çünki Azərbaycan hüququn dilində danışır və məsələnin ərazi bütövlüyünün bərpasını beynəlxalq hüquqa riayət etməklə həllini təkid edir.

Ümumilikdə Erməni siyasətçilərinin İlham Əliyevin nitqindən narahatlığını görməmək mümkün deyil. Müharibə vəziyyətində olduğumuz bir vaxta bu diplomatiyamızın və xarici siyasətimizin qələbəsidir.
Azərbaycan Prezidentinin fikirləri Azərbaycanın ərazi bütövlüyünü və bütün dünya dövlətləri tərəfindən təsdiqlənən və tanınan fakt kimi səsləndi. Paşinyanın çıxışında isə Azərbaycan ərazisinə qeyri-hüquqi iddiası təkrarlandı.

İlham Əliyevin çıxışındakı bir faktı da mötəbər forum iştirakçıları tərəfindən De-yure qəbul edildi,Dünyanın siyasi xəritəsində Qarabağ Azərbaycan ərazisinin tərkib hissəsi kimi əksini tapıb. Azərbaycan torpaqlarının işğal olunmuş ərazisində qondarma bir qurumun yaradılmasını isə dünya dövlətlərinin heç biri tanımamış, yalnız Ermənistan de-fakto tanımışdır. İşğal edilmiş Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılması “Millətlərin öz müqəddəratın təyin etmək hüququ”na –Beynəlxalq hüququn prinsipinə zidd olduğuna görə qəbul edilə bilməz.
Qeyd olunanlara əsasən “Polisə Dəstək” İB dövlətin təməli ətrafında sıx birləşməyi,hər zaman milli vahidliyimizi yüksək konstitusion həddə qoruya,tanıda və təmsil edən Prezidentin daxili və xarici siyasətinə mənəvi dəstək verməyi vətəndaşlıq borcu kimi bəyan edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=134608

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930