Ermənistanın Qarabağ müharibəsinə cəlb etdiyi əcnəbi muzdlularla bağlı yeni faktlar aşkarlandı FOTO

15.11.2020 - 10:38

Ermənistanın hərbi-siyasi hakimiyyətinin, o cümlədən baş nazir Nikol Paşinyanın dəfələrlə təkzib etmələrinə baxmayaraq, işğalçı ölkənin ikinci Qarabağ müharibəsində əcnəbi muzdlulardan, o cümlədən terrorçulardan istifadə etməsinə dair yeni-yeni faktlar ortaya çıxmaqdadır.

“Report” xəbər verir ki, ayrı-ayrı ölkələrin ekspertləri, jurnalistləri sosial şəbəkələrdəki hesablarında Ermənistan ordusunun hərbi əməliyyatlara xaricdən cəlb etdiyi muzdlulara dair faktlar – məlumatlar, fotolar paylaşırlar.

Əcnəbi jurnalist, hüquq müdafiəçisi, sosial şəbəkələr üzrə ekspert Asaad Hanna özünün tvitterdəki hesabında Suriyadan Dağlıq Qarabağa cəlb edilmiş 3 döyüşçünün fotolarını paylaşaraq onların adlarını açıqlayıb. “Hələbdən olan suriyalı 3 oğlan – Arut, Xaqub və Musek Azərbaycana qarşı döyüşərək həlak olublar”, – deyə o tvitterdəki hesabında yazıb.

Suriyalı siyasi şərhçi Kevork Almassian da özünün tvitterdəki hesabında bu ərəb respublikasından bir neçə döyüşçünün Qarabağ müharibəsində öldürüldüyünü açıqlayıb. O, əcnəbi döyüşçülər barədə faktları – fotoları və adları da təqdim edib.

“Erməni İnqilab Federasiyası Suriya yaxın vaxtlarda həlak olmuş üç əsgərə – Harut Panoyana, Hagop Astaryana və Mosik Seklemyana ağlayır”, – deyə o, sosial şəbəkədəki hesabında yazıb.

Bütün bunlar, habelə digər faktlar sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi öz ordusunun Qarabağda döyüşə bilməməsi səbəbindən Azərbaycanın işğal olunmuş ərazilərinə Suriyadan və digər ölkələrdən muzdlular cəlb edib. Halbuki rəsmi Yerevan məhz Bakını Qarabağa əcnəbi muzdlular cəlb etməkdə ittiham edirdi. Məqsəd aydındır – Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən muzdlu döyüşçülərdən, terrorçulardan istifadə kimi hərbi cinayətləri ört-basdır etmək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157251

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930