“Elçibəy İnstitutu”nun təsisi – mərhum prezidentin silahdaşları danışdı

20.11.2020 - 10:11

Noyabrın 17-də bir qrup tanınmış şəxsin təsisçiliyi ilə Azərbaycan Milli azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin adına institut yaradıldı. Təsisçilər vaxtilə Elçibəy komandasının özəyini təşkil edən şəxslərdir.

Onlar aşağıdakılardır:

Pənah Hüseyn, İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı, Arzu Səmədbəyli, İsmayıl Musa, Qiyas Sadıqov, Oqtay Qasımov.

İnstitut Elçibəyin elmi-nəzəri -ideoloji irsini toplamaq, mühafizə və müdafiə, tədqiq, təbliğ və təşviq etmək məqsədilə təsis olunub.

Belə bir institutun yaradılması ictimaiyyət daxilində rəğbətlə qarşılanıb. Çoxları hesab edir ki, dövlət müstəqilliyimizin qazanılmasında əsas rollardan birini oynayan, tariximizdə silinməz izlər buraxan Elçibəy adına belə bir qurumun mövcudluğu çox vacibdir.

Eks-prezidentin köməkçisi Oqtay Qasımov “Yeni Müsavat”a bunları dedi: “Əvvəla, onu deyim ki, “Elçibəy İnstitutu”nun yaradılması ideyası çoxdan var idi. Bu və ya digər formada bu ideya cəmiyyətə çatdırılırdı. Amma Əbülfəz Elçibəyin 80 illik yubiley tədbirlərindən sonra o zaman bu proseslərdə fəal iştirak edən bir qrup şəxsin, o cümlədən Elçibəy hakimiyyətində müəyyən vəzifələr tutmuş insanların belə bir düşüncəsi oldu ki, Elçibəyin irsinin, onun ideyasının, siyasi platformasının, gördüyü işlərin, siyasi xəttinin cəmiyyətə çatdırılmasının vacibliyi qəbul olunsun. Düşünüldü ki, bununla məşğul olacaq bir qurum yaradılsın. Sadəcə olaraq, bu ilin əvvəllərindən koronavirusla bağlı problemlərin ortaya çıxması, məhdudiyyətlərin tətbiqi, sonrakı dövrdə, konkret olaraq bu ilin yayında Tovuzda baş verən hərbi əməliyyatlar bu məsələni müəyyən qədər uzatdı. Doğrusunu bilmək istəyirsinizsə, bunu sentyabr ayında elan etməyi düşünürdük. Sadəcə, 27 sentyabrda Vətən müharibəsi başladı və ondan sonra bu məsələni təxirə salmağı düşündük. Hesab etdik ki, müharibə bitsin və ondan sonrakı dövrdə bu elan olunsun.

Oqtay Qasımov: “Elçibəyin kasetləri həmin şəxsdədir, ala bilmirik” –

Oqtay Qasımov: ““Elçibəy İnstitutu”nun yaradılması ideyası çoxdan var idi”

Düşünürdük ki, oktyabrın 18-də bu baş tuta bilər. Sentyabr ayında bir çox hazırlıq işləri tamamlanmışdı. Sadəcə olaraq, Qarabağ savaşı bir qədər uzandı və bu hər kəs üçün ən vacib məsələ olduğundan ona görə bu məsələlər təxirə salındı. 10 noyabrda hər kəs bilir ki, üçtərəfli sülh anlaşması ilə savaşa son verilib. Həm cəmiyyət, həm də ictimai fəal kəsim artıq dinc həyata qayıdır. Düşündük ki, yavaş-yavaş bu ideyanı reallaşdıraq, bununla bağlı konkret real addımlarımızı ataq. Artıq institut elan olunub. 80 illikdə xatırlayırsınızsa, Pənah bəyin çıxışı zamanı belə bir öhdəlik üzərimizə götürdük ki, Elçibəyin siyasi, ideoloji irsini araşdıracağıq, bununla bağlı kitablar çap olunacaq. Ona görə də düşündük ki, artıq zaman yetişib, elan edək və bu işlərin görülməsinə başlayaq”.

Azərbaycanda insanlar biznes qurmağa qorxurlar” - Novella Cəfəroğlu

Novella Cəfəroğlu: “Elçibəy məktəbi bu millətə bir açardır”

Elçibəyin silahdaşlarından sayılan hüquq müdafiəçisi Novella Cəfəroğlu “Elçibəy İnstitutu”nun yaradılmasını alqışladı: “Bu çox gözəl təşəbbüsdür. Doğrudan da təqdir edirəm. Orada elə insanlar var ki, sona qədər Elçibəyə sadiq olublar, onun yanında yer alıblar. Amma bu fikirlərimi hamısına da aid edə bilmərəm.  Bir məsələni xüsusi qeyd edim. Bu gün canlarını qurban verərək Şuşa və digər işğal altındakı ərazilərimizi azad edənlər oldu. Elçibəy bu günü görmədi. Çox fərəh hissi keçirərdi. Onun gənclərimizə vəsiyyəti var. Orada deyir ki, biz onsuzda gedəcəyik, siz birinci Qarabağı alacaqsınız, sonra Bütöv Azərbaycanı quracaqsınız. Bu günləri artıq Qarabağ alınıb. Elçibəy deyirdi ki, Qarabağın səsi Təbrizdən gəlsin. Bu səs Təbrizdən gəldi, hər kəs gördü. Kim nə deyirsə desin. Əminəm ki, Elçibəy İlham Əliyevin bugünkü uğurunu, Azərbaycanı hansı pillərə qaldırdığını görsəydi, yüz dəfə deyərdi ki, sağ ol, oğulsan. Onu yaxşı tanıyan bir insan kimi bunu deyirəm. Elçibəy üçün vəzifə, prezidentlik əsas deyildi, əsas olan Vətən və millət idi. Vətənini, millətini qorumaq əsas amalı idi. Bunların hamısını İlham Əliyev bu günləri göstərdi. Ona görə də dövlət başçısının bu uğurunu mütləq təqdir edəcəkdi. Ola bilsin ki, çox insan Elçibəyi siyasətçi kimi tanımasın. Necə ki, bizlərdən də bəziləri İlham Əliyevi siyasətçi kimi tanımırdıq. Amma müharibə göstərdi ki, İlham Əliyev həm siyasətdə, həm millətə sevgisində, həm də torpağa bağlılığında ucalarda durur. Elçibəyin haqqında da çox adam heç nə bilmir. Elçibəy məktəbi bu millətə bir açardır. Sadəcə, o məktəbi düzgün açmaq lazımdır. Orada Oqtay Qasımov, Arzu Səmədbəyli, İsa Qəmbər, Arif Hacılı, ən çox da İsmayıl Musa olduğuna görə bilirəm ki, Elçibəy məktəbi onun haqqında düzgün rəy yaratmağı bacaracaq”.

N.Cəfəroğlu təsisçilər sırasında olmadığına belə aydınlıq gətirdi: “Bütün tədbirlərində iştirak edəcəm. Amma deyim ki, doğrudan da çox yorğunam. Yaşım da çox şeyə imkan vermir. Bütüb materiallar məndə var. Hamısını təqdim edəcəm, hər şey yaxşı olacaq. Əsas olan odur ki, iş getsin. Bizim orada olub-olmamağımız vacib deyil. Sözsüz ki, hamımız iştirak edəcəyik. Orada Almaz Əliqızı yoxdur. O insan ki, ömrü boyu Elçibəydən kitablar yazıb. Bu İşçi Qrupu sayılır. Danışıb, məsləhətləşirlər. Bizim çoxlu işlərimiz var. Müharibədən gələnlərlə və digər işlərlə məşğul olacağıq. Elçibəy məktəbi onun kim olduğunu göstərməlidir. Əsas olan budur. O, Azərbaycan üçün gözəl siyasətçi, gözəl insan, millətini sevən biri kimi qalmalıdır, çünki bu belədir. Elçibəy çox böyük siyasətçi olub. Moskvadan gələn politoloq da bunu deyirdi. Tək bizlər demirik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157513

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930