Şuşa uğrunda döyüşlərdə qazi olan jurnalist kimdir?

25.11.2020 - 10:25

Əflatun Amaşov: “Vətən müharibəsində 20-yə yaxın jurnalist iştirak edib”

44 günlük Vətən müharibəsində iştirak edən, hazırda da hərbi xidmətini davam etdirənlər arasında xeyli sayda qələmini silaha dəyişən jurnalistlər də var. Onlardan “Yeni Müsavat” qəzetinin hüquqşünası və yazarı Vaqif Hüseyn, Birinci Qarabağ müharibəsinin iştirakçısı, İTV-nin əməkdaşı İlham Tumas, Aznews.az xəbər portalının baş redaktoru Taleh Şahsuvarlı, “Kaspi” qəzetinin baş redaktor müavini Məğrur Əliyev, bir sıra media qurumlarında çalışan, son olaraq Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş Baş İdarəsinin əməkdaşı olan Araz Ağayev, Futzal Federasiyasının mətbuat xidmətini rəhbəri Mahal Məmmədov, oxu.az-ın müxbiri Aqşin Kərimov, “Offside+” xəbər portalının və BAX TV-nin əməkdaşı Daşqın Əzizovun adlarını qeyd etmək olar. Qeyd edək ki, BAX TV-nin əməkdaşı Daşqın Əzizov Şuşa uğrunda gedən döyüşlərdə yaralanıb, hazırda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alır.

Digər həmkarlarımız isə hazırda hərbi xidmətini davam etdirirlər. Bir faktı da diqqətə çatdıraq ki, Vətən müharibəsinin başladığı ilk günlərdə döyüşlərə qatılan jurnalistlər arasında Birinci Qarabağ müharibəsinin iştirakçıları da var. Məsələn, tanınmış jurnalist İlham Tumas. Əslən Cəbrayıldan olan jurnalist hələ 90-cı illərdə Qarabağ müharibəsi başlayan zaman qardaşı ilə birlikdə cəbhəyə yollanmış və baş leytenant kimi xidmət göstərmişdi.

Azərbaycanda daha bir jurnalist vəzifəyə təyin edilib

Araz Ağayev

Jurnalist Araz Ağayev isə dostlarının dediyinə görə, döyüşlər başlamazdan əvvəl cərrahiyyə əməliyyatı keçirib. Lakin buna baxmayaraq, o, əməliyyat olunduğunu gizlədib və cəbhəyə yollanıb. A,Ağayev ehtiyatda olan zabit kimi ilk günlərdən könüllü olaraq Qarabağın azadlığı uğrunda döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Şuşaya daxil olan ilk zabitlərdəndir.

“Kaspi” qəzetində baş redaktor müavini, əslən Füzulidən olan Məğrur Əliyevin isə Füzuli uğrunda gedən qızğın döyüşlərdə iştirak etdiyi məlumdur.

Mətbuat Şurasının sədri Əflatun Amaşovun “Yeni Müsavat”a verdiyi məlumata görə, ön cəbhədə döyüşən 20-yə yaxın jurnalistin adı məlumdur: “Xalqımız İkinci Qarabağ müharibəsində qəhrəmanlıq salnaməsinə qılınc və qələmin vəhdətinin gücünə dair yeni səhifə həkk etdi. Ali Baş Komandanımız xalqımızı düşmən tapdağı altında inləyən torpaqlarımızı azad etməyə çağırdı, qısa müddətdə minlərlə könüllü ön cəbhəyə yollandı. Jurnalistlərimiz bu lövhələri, tarixi məqamları, sadəcə, işıqlandırmaqla kifayətlənmədilər, silaha sarılıb həm də döyüş meydanında hünərlər göstərməyə qadir olduqlarını sübuta yetirdilər. Qılınc və qələmin vəhdətinə dair bu nümunələrin 20-yə yaxınının adı bizə məlumdur. Təmaslar üçün onlarla, valideynləri və ailə üzvləri ilə bütün imkanlardan faydalanmışıq. İndi də bu görüşlərin təsiri altındayam. Kimsə doğmasının cəbhədə olmasından narahatlıq keçirmədi, hər biri vətən torpaqlarının tezliklə azad olunacağını dərin inam hissi ilə dilə gətirdi”.

Vətən Müharibəsinin jurnalist döyüşçüləri - FOTOLAR - modern.az

Əflatun Amaşov qeyd etdi ki, adları məlum olan jurnalistlərin hər birinin ailəsi ilə görüş keçirilib: “Mətbuat Şurası olaraq biz bu məsələni hər zaman diqqətdə saxlayacağıq”.

Əflatun Amaşov: “Azərbaycan jurnalistləri Rusiyaya səfər edəcəklər”

Əflatun Amaşov yaralanan jurnalistlə də görüşdüyünü diqqətə çatdırıb:

“Bildiyiniz kimi, ”Offside+” xəbər portalının və BAX TV-nin əməkdaşı Daşqın Əzizov Şuşada güllə yarası alıb. Lakin buna baxmayaraq, o, sanki heç nə baş verməyibmiş kimi döyüşlərdən və yoldaşlarından danışırdı. Dedi ki, “yarama məlhəm Şuşamızın alınması oldu”. Əlbəttə, Daşqın da digər həmkarları ilə yanaşı tezliklə iş yerinə dönəcək, bu dəfə iki silahdan biri yanında olacaq – Qələmi… Qaliblərin – söz cəbhəmizin təmsilçilərinin oxucularına, tamaşaçılarına daha real, canlı, obrazlı materiallar təqdim etmək imkanları var. Əminəm ki, onlar da bu gözləntilərə tezliklə adekvat cavablar verəcəklər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157719

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930