Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bu tarixdə açıla bilər

28.11.2020 - 11:09

Tarix boyu bir-birinə daim düşmən münasibətində olan və bu günümüzə qədər bu münasibətdə yaşayan xalqlar görmək çətindir. Xüsusilə, qonşu ərazilərdə yaşayan xalqlar arasında bu daha çox mümkünsüz görünür. Tarixin müxtəlif dönəmlərində düşmən olanlar sonradan dosta, müttəfiqə çevriliblər, hətta bir yerdə belə yaşayıblar, bir dövlətin tərkibində birləşənlərə də rast gəlməmişik deyilik.

Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev də tez-tez bu məsələlərə toxunur. Sentyabrın 27-dən noyabrın 10-a qədər baş verən II Qarabağ savaşı getdiyi günlərdə və ondan sonrakı açıqlamalarında dövlət başçısı ermənilərə yönəlik bildirir ki, biz gec-tez dinc yaşamaq zorundayıq. Təbii ki, bu fikirləri hər zaman müharibə istəməyən, regionda sabitlik istəyən humanist bir dövlətin rəhbəri deyir və belə fikirlər gözləniləndir.

Doğrudur, Azərbaycanla Ermənistan arasında hələ ki, barışığın rüşeymləri belə görünmür. Amma artıq rəsmi Bakı Xankəndində hava uçuşlarına icazə verib. Bu da zaman-zaman müzakirələrə çevrilən bəzi məsələləri yenidən gündəmə gətirib. Bunlardan biri Azərbaycan və ərazilərimizə təcavüz etdiyi üçün Ermənistanla sərhədləri bağlayan qardaş Türkiyənin bu sərhədləri nə zaman açacağıdır. Bunun üçün rəsmi İrəvanın nə etməli olduğu barədə çoxsaylı suallar yaranıb. Eyni zamanda, düşmən Ermənistanın sərhədlərin açılması üçün qarşısına qoyulan haqlı tələbləri yerinə yetirəcəkmi sualı da meydana çıxıb.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan bunun üçün çox şey etməlidir: “Birinci növbədə, hərbi qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalıdır. Bu mütləq şərt olmalıdır. Eyni zamanda, rəsmi şəkildə ərazi iddialarından imtina etməli, bizə dəyən ziyanı ödəməlidir. Əslində etməli olduqları çoxdur. Sülh sazişinin imzalanması şərtdir. Bu saziş çərçivəsində dediyim məsələlər öz həllini tapmalıdır. Ermənilərlə yanaşı dinc şəkildə necə yaşaya bilərik sualına gəlincə, unutmayaq ki, ən azından iki erməni var, biri Ermənistan ermənisi, biri də ərazimizdə yaşayan erməni. Doğrudur, Azərbaycanda hər iki erməniyə münasibət eynidir. Bunun da əsasları çoxdur. Təəssüflər olsun ki, münaqişənin əvvəlində ermənilər belə bir üslub təqlid ediblər ki, erməni olan yerdə azərbaycanlı yaşamamalıdır. Biz də buna cavab olaraq, haqlı şəkildə bunu təqlid etməli idik. Amma hesab edirəm ki, biz daha düzgün yol seçdik. Çünki hərbi cəhətdən bizdən qat-qat zəif olan Ermənistan əminəm ki, bizə qarşı təxribatlar törədəcəkdi. Xankəndində döyüşlər başlayandan sonra dünyada soyqırım II təbliğat kampaniyası baş verəcəkdi. Ondan qabaq beynəlxalq ictimaiyyətin rəyi bizim tərəfdə idi. Bundan sonra ermənilər öz məqsədlərinə qismən çata bilərdilər. Bu baxımdan real təhlükə idi. Təbii ki, bunlar baş verdikdə biz çətinlik qarşısında qalacaqdıq. Çünki erməni əsgərlərindən başqa kim deyə bilər ki, digər ölkələrin əsgərlərini qarşımızda görməyəcəkdik? İtkilərimiz daha da çox ola bilərdi. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, biz beynəlxalq qanunlara uyğun davranış sərgiləməyə davam etməli idik. Bu ilk növbədə, bizim xeyrimizədir. Emosiyalar başa düşüləndir. Onların vəhşilikləri heç zaman yadımızdan çıxmayacaq. Etdikləri cinayətlər, vəhşiliklər qarşısında qisas almağımız bəlkə də düzgün olardı. Amma ortada real təhlükələr mövcud idi. Problemlərimizi artırmamaq üçün hesab edirəm ki, biz düzgün addım atdıq”.

Sabiq nazir Azərbaycan və Türkiyənin Ermənistanda sərhədləri açmaq məsələsində eyni zamandan çıxış edəcəkmi sualımıza belə cavab verdi: “Təbii ki, belə bir qərar vermək Türkiyə dövlətinin səlahiyyətidir. Bizim əməkdaşlıq səviyyəsi nəzərə alaraq, hesab edirəm ki, bu məsələdə də birgə fikir mübadiləsi aparılacaq. Əminəm ki, bizim əlaqələrimizə xas olan əməkdaşlıq əhval ruhiyyəsi atmosferində bu qərar qəbul ediləcək”.

Fərəc QULİYEV: Yeni konvensiya ölkəmizin iqtisadi qüdrətini daha da  artıracaq Xalqqazeti.com

Fərəc Quliyev

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev sərhədlərin açılmasını mümkünsüz hesab etmir: “Əvvəla, deyim ki, əbədi düşmənçilik olmur doğrudur, amma erməniylə dostluq et, lakin çomağı əlindən yerə qoyma. Bunu unutmaq olmaz. Hər zaman kəsiyində ermənilər tərəfindən hər cür xəyanəti gözləmək mümkündür. Biz bunları onların səmimiyyətinə buraxsaq, düşünsək ki, nə vaxtsa ağıllanacaqlar, bu doğru olmaz. Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərinin bu cür olmasının günahkarı elə onların özləridir. Əgər siyasətlərində dəyişiklik etsələr, əlbəttə, yeni vəziyyət yaranar. Azərbaycana qarşı torpaq iddiasından, utopik istəklərindən imtina etməlidirlər. Eyni zamanda, Türkiyəyə qarşı da olan əsassız iddialarından əl çəkməlidirlər. Biz Türkiyənin Ermənistanla sərhədlərini bizə görə bağladığını bilirik. Bundan çıxış edərək, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin, münasibətlər düzəlsin kimi mövqedən çıxış edə bilmərik. Qardaş ölkəyə qarşı olan münasibət də dəyişməlidir. Türkiyənin dostu dostumuz, düşməni düşmənimizdir. Əgər Ermənistan bizə qarşı münasibətini dəyişərsə, münasibətlərin yoluna düşməsi mümkündür. Zatən biz heç kimə qarşı düşmən münasibətində olmamışıq. İndiki halda Ermənistanın silahlı dəstələrini ərazilərimizdən çıxarması çox vacibdir. Azərbaycanı unitar dövlət kimi tanıyıb, hörmət etməlidir. Eyni zamanda, Azərbaycana vurduğu maddi zərəri ödəməlidir. Bundan sonrakı davranışlarında bizə qarşı anormal münasibətləri olmayacaqsa, təbii ki, biz də bölgədə sabitlik olmasını çox istəyirik. Xankəndində aeroport açılıb, öz ərazimizdə bu reallaşıb. Orada gediş-gəlişə nəzarət, polis postları, gömrük məsələləri bizim olmalıdır. Yoxsa Ermənistan, yaxud Fransa və başqa yerlərdən bir terrorist gəlib burada istədiyini reallaşdıra bilmək təhlükəsində yaşayarıq. Qarabağda mülki idarəetmə bizdə olduqda belə şeylərin təhlükəsi olmaz. Hesab edirəm ki, Azərbaycan və Türkiyəyə qarşı Ermənistan tərəfindən əsassız iddialara son qoyularsa, hər iki qardaş ölkəyə hörmətlə yanaşılarsa, bizim onlarla problemimiz qalmaz. Belə olan şəraitdə həm sərhədlərin açılması mümkündür, həm də tədricən əlaqələrin yaranması. Təbii ki, ilkin əlaqələr ilk növbədə, Türkiyə ilə ola bilər. Bütün bunlar Azərbaycan və Türkiyənin ədalətli status-kvosuna hörmətdən keçir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157816

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930