Öz müqəddəratını təktar-təkrar təyin etmək imtiyazı…

05.12.2020 - 15:54

Ötən ayın ortalarında Ermənistanın imzalamağa məcbur olduğu təslimçilik aktının ağır möhnət və töhmətindən qismən qurtulmaq üçün qurban gedən xarici işlər naziri Zöhrab Mnatsakanyanın yerinə təyin edilmiş yeni nazir – Ara Ayvazyan Qarabağ münaqişəsinin tənzimlənməsi üçün 4 şərt irəli sürüb.

Nazir olandan sonra özü barəsində vikipediya məlumatlarını dəyişən, Azərbaycanın Hacıqabul rayonunda, Nəvai kəndində doğulduğu barədə məlumatı (eləcə də digər detalları) internet resurslarından sildirən Ayvazyanın Qarabağ münaqişəsinin tənzimlənməsinə dair sürdüyü şərtlər bizə çoxdan tanışdır.

Bunları vaxtilə Yeqiazaryan, Ovanissyan, Kirakosyan, Papazyan, Arzumanyan, Oskanyan, Nalbandyan, Mnatsakanyan soyadlı nazirlər də irəl sürürdü.

Bu şərtlərin başlıcası erməni maksimalistliyinin məhsuludur və xalqların öz müqəddəratlarını təyinetmə hüququndan ibarətdir.

33.jpg (7 KB)

Ara Ayvazyan

Beynəlxalq hüquqda xalqların belə bir haqqı var.

Sadəcə, bu hüquqdan istifadə edilməsi məsələsində xeyli “amma” var.

Ermənilər 32 ildir beynəlxalq hüquqdakı bu müddəadan yapışıblar. Onlara dəfələrlə tutarlı arqumentlərlə cavab verilib, ancaq yenə də dönüb-dönüb, “Qarabağ münaqişəsi xalqların öz müqəddəratlarını təyinetmə hüququ əsasında həll olunmalıdır” deyirlər.

Bu hüquq əslində ermənilərin qonşu dövlətə ərazi iddiasının pərdəsidir. Sadəcə, Qarabağ münaqişəsinin ilk ilində – 1988-ci ildə “Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında” parlament qanunu qəbul edən ermənilər bunun başqa bir dövlətə ərazi iddiası demək olduğunu, dövlətlərin sərhəd toxunulmazlıqığı və ərazi bütövlüyü prinsipinə ziddiyyət təşkil etdiyini anlayaraq, valı dəyişdilər, “Dağlıq Qarabağ xalqının öz müqəddartlarını təyinetmə hüququndan yararlanaraq müstəqil dövlət təsis etdikləri”ni vurğulamağa başladılar.

Düşmənlərimiz 32 ildir havadarlarının dəstəyi ilə dünya birliyinin gözünə məhz bu “müqəddərat külü” üfürürlər.
Məsələ isə belədir: əslində dövlət qurmağa hazır və qadir olan bütün xalqların öz müqəddarlarını təyin etmək haqqı var – almanların da, rusların da, fransızların da, ingilislərin də, gürcülərin də, ermənilərin də…

222.jpg (27 KB)

 27 sentyabrdan əvvəl…

  …. və sonra

333.JPG (57 KB)

Adı çəkilən xalqların hamısı öz müqəddaratlarını təyin ediblər. Bu gün yer üzündə mövcud olan Almaniya, Fransa, Rusiya, İngiltərə, Gürcüstan, Ermənistan (və onlarca digərləri) kimi dövlətlər həmin hüquqdan istifadə edilməsi nəticəsində yaradılıb.

Ancaq beynəlxalq hüquq bir xalqın, özü də azsaylı xalqın öz müqəddəratını təkrar-təkrar təyin etməsini nəzərdə tutmur.
Düzdür, 3, 5, hətta 20 dövləti olan xalqlar da mövcuddur. Məsələn, ingilislər, almanlar, ispanlar, ərəblər bu qəbildəndirlər. Ancaq o dövlətlər ayrı-ayrı qitələrdə, regionlarda və coğrafi məkanlarda mövcuddurlar, həm də bu sıradan olan əksər dövlətlərdə etnik çoxluğun milli dövlət qurması faktı yox, mövcud ərazi üzrə bir neçə etnik qrupun vahid dövlətdə yaşaması faktı var. Məsələn, İsveçrə, Belçika, Avstriya kimi dövlətlərdə rəsmi olaraq heç bir etnik çoxluğun hakimliyi mövcud deyil və bu dövlətlərin bir neçə rəsmi dili var.

Ona görə də ermənilərin Dağlıq Qarabağda ikinci erməni dövləti qurmaq istəməsi ideyası xalqların öz müqəddəratlarını həll etmək hüququnun altına girmir. Bu məntiqlə ermənilərə kompakt yaşadıqları istənilən şəhərdə öz müqəddəratlarını təyin etmək hüququ yaranır.

resize_0d557978ab21328ca41e106ab69fb8b1.jpg (354 KB)

  Müstəqil dövlətləri tanəyan məkan – BMT

Dünyada isə 5 minə yaxın xalq, 200 civarında dövlət var. Demək, bu xalqların 4800-ü öz müqəddəratlarını təyin etməyiblər. Bu, əlbəttə absurd olardı, dünya düzənində xaos yaradardı, dünyanı idarəolunmaz duruma salardı.

Hazırda dövlət qurmağa hazır və qadir olan, bu istiqamətdə mübarizə aparan xalqların sayı çox azdır. Ancaq onların niyyət və təşəbbüsləri dövlətlərin ərazi bütövlüyünün pozulmaması və sərhəd toxunulmazlığı haqqında beynəlxalq hüququn predmeti olan müddəaya zidd olduğu üçün daşa dəyir.

Əgər bir dövlət öz tərkib hissəsi olan əyalətdə müstəqil dövlət yaranmasına razılıq verirsə və ya buna məcbur olursa, o zaman problem qalmır, orada yaşayan xalq öz müqəddəratını həll edir. Amma bu layihəyə razılıq verilmirsə, proses və mübarizə illərlə uzana bilər. Heç bir dövlətin də hüququ yoxdur ki, başqa bir dövlətin ərazisində qurulmuş dövlət təsisatını tanısın. Bu, zorakılıq və təcavüz mənasına gələr.

Məhz buna görəydi ki, bəzi qüdrətli dövlətlər 32 ildir Azərbaycandan “DQR”-in “həri”sini almaq istəyidilər. Ala bilmədilər, Azərbaycan Qarabağı vermədi.

Özü də bunlar həmin dövlətlərdir ki, Kipr adasında genosid və deportasiya təhlükəsi qarşısında qalan Kipr türklərinin məcburiyyət üzündən qurduqları dövləti 44 ildir tanımırlar. İspaniyadan ayrılmaq istəyən və prinsipcə, müstəqil dövlət qurmağa tam hazır olan 5 milyonluq Kataloniya xalqı da Avropadan dəstək görmür.

Belə çıxır ki, o boyda xalqlar öz müqəddəratlarını həll etmək hüququndan istifadə edə bilməzlər, amma bir meqapolisin ortabab rayonunun əhalisi qədər olmayan ermənilər həmin hüquqdan Qarabağda ikinci dəfə istifadə edə bilərlər? Budur sual. Ona ağıllı-başlı cavab verən lazımdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158041

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930