“Qədimlik” mifinin və böyük yalanın əsiri olan xalq

26.01.2021 - 08:37

Ermənistanda postkapitulyasiya isteriyasının sönməsinə hələ var; alman ekspert: “Sülh üçün ən böyük təhlükə ermənilərin onlardan qələbələr tələb edən diaspordan asılı olmasıdır…”

44 günlük müharibədə haqq elədiyi kapitulyasiyaya tuş gələn Ermənistanda hələ də qeyri-müəyyənlik hökm sürür. İlk baxışda qınına çəkilən məğlub xalq sərt reallıqla tam barışmış kimi də görünmür. Belə olsaydı, ölkədə qonşu Azərbaycan və Türkiyə ilə barış içində yaşamağın zəruriliyi barədə ara-sıra səslənən ağıllı çağırışlar geniş dəstək qazanardı. Çünki erməni xalqının öz qonşuları ilə dil tapmasından savayı ayrı bir yolu qalmayıb.

Əfsus ki, erməni cəmiyyəti bu məsələdə yekcins deyil və daha çox Azərbaycana qarşı revanşa çağıran avantürist qüvvələrə qulaq verməkdədir. Bunun nəyə gətirə biləcəyi isə gərək ki, ermənilərə bəlli olsun. Məhz radikal, faşist təmayüllü liderlərin ardınca getməyin nəticəsində erməni xalqı indi böyük ağrı-acılar, bitib-tükənməyən iztirablar içində çabalayır. Nə qədər ki, Ermənistan əhalisi düşdüyü böhranlı vəziyyətin əsl səbəbini və ya səbəblərini özü üçün yəqinləşdirməyib, onu daha böyük fəlakətin gözləməsi ehtimalı böyük olaraq qalacaq.         

*****

Qərbin “beyin mərkəzləri” də bu barədə Ermənistanı xəbərdar eləməkdədir. Məsələn, Almaniyanın Potsdam Universitetinin İqtisadi nəzəriyyə kafedrasının professoru, doktor Vilfrid Furman onlayn nəşrlərinin birində getmiş “Qafqazda sülh və əməkdaşlıq” sərlövhəli məqaləsində II Qarabağ savaşının yekunları ilə bağlı maraqlı məqamlara toxunub (Teleqaraf.com).

Vilfrid Furman: “Tezliklə Qarabağın azad olunmasına start veriləcək”

Vilfrid Furman

Müəllifinin fikrincə, sonuncu müharibə nəticəsində ATƏT-in Minsk Qrupu artıq öz əhəmiyyətini itirib və yeni bir format, yeni reallıq yaranıb. Həmin formatda isə Rusiya və Türkiyənin iştirakı labüddür. “Müharibədən sonra yaranmış vəziyyəti Cənubi Qafqazda ”əbədi sülh”ə nail olmaq üçün tarixi şans adlandırmaq olar. Çoxları bu müharibənin yekunlarını bir növ qəti nizamlama hesab edir, indi onu siyasi və institusional baxımdan hərtərəfli razılaşdırmaq lazımdır”, – deyə ekspert qeyd edib.

Müəllifin fikrincə, Ermənistan müharibədə əsasən iki səbəbdən uduzub: “Birincisi, reallıqla əlaqəni itirdiyinə görə. İkincisi isə Azərbaycan Ordusunda mövcud olan ümumi motivasiya və Müzəffər Ali Baş Komandandan başlamış sıravi əsgərlərədək, çox ciddi hərbi intizam səbəbindən. Azərbaycan 27 il, xüsusən Dağlıq Qarabağda onun xalqına qarşı törədilmiş soyqırımından sonra ümid edirdi ki, dünya birliyi beynəlxalq hüququn bərpa olunmasına kömək edəcək. Eyni zamanda o, vaxtı hədər yerə itirmir, öz silahlı qüvvələrini yaradırdı”.

Məqalədə deyilir ki, erməni siyasətçilər 44 günlük müharibə zamanı atəşkəs barədə qərarı çox gec qəbul etdilər: “Bu, o vaxt idi ki, vəziyyət erməni ordusunun tamam darmadağın edilməsi həddinə çatmışdı və Ermənistan ordusunun maddi bazasının təqribən 80 faizi məhv edilmişdi, bölmələrin çoxunun zəruri şəxsi heyəti yox idi”.

Professorun fikrincə, Cənubi Qafqazda müharibədən sonrakı sülh prosesi üçün ən böyük təhlükə Ermənistanın ondan qələbələr tələb edən diaspordan asılı olmasıdır. “Ermənistan Respublikası beynəlxalq hüquqda müəyyən edilmiş sərhədləri tanımalı və Ermənistanın qədimliyi, böyüklüyü barədə siyasət uydurmamalıdır. Bəli, beynəlxalq hüquqda təyini-müqəddərat hüququ anlayışı mövcuddur, lakin dövlətin bu və ya digər regionunda etnik çoxluğun ayrılması hüququ yoxdur. Buna görə də qədim erməni məskənləri, erməni çarlıqları və ilaxır barədə biliklər tarixçilər üçün maraqlı və əhəmiyyətli ola bilər, lakin mövcud sərhədlərin dəyişdirilməsi, xüsusən silah gücünə dəyişdirilməsi cəhdləri üçün bu biliklər əsla yaramır. Ərazi bütövlüyü və təcavüzün qadağan edilməsi prinsipi də buna mane olur. Ona görə də Ermənistanın indiki hökuməti, əlbəttə, əgər sülhə can atırsa, ekspansionist əhval-ruhiyyəli partiyaları və kilsəni inandırmalıdır ki, qisas almaq niyyətinin perspektivi yoxdur”, – deyə o vurğulayıb.

Professor sonda bu nəticəyə gəlib ki, Ermənistan cəmiyyətində siyasi konsensus olmayınca, Qafqazda möhkəm sülhün bərqərar olması praktiki baxımdan qeyri-mümkündür.

*****

Vestnik Kavkaza (RF): Filip Ekozyants: “Ermənilər və türklər bu günə qədər  çox yaxın qohumdurlar” – Baku Press Klub

Filipp Ekozyans

“İkinci Qarabağ müharibəsinin bitməsi erməni xalqı üçün böyük imkanlar yaratdı. Artıq o, tamamilə başqa bir həyata başlaya bilər. Çünki bundan sonra erməni xalqı başqasının ərazilərini artıq yük kimi çiyinlərində daşımağa məcbur olmayacaq”.

Bunu isə erməni əsilli Ukrayna tarixçisi və tədqiqatçısı Filipp Ekozyans bildirib (Axar.az).

Onun sözlərinə görə, son müharibədə Azərbaycan əsgəri öz vətənini müdafiə edib: “Erməni hərbçiləri, könüllülər düşünürdülər ki, onlar da vətənlərini qoruyurlar. Onlar bu fikirlə də öldülər. Sadə insanlar üçün həqiqətin harada olduğu və yalanların harada gizləndiyini anlamaq çox çətin olur. Bu, uzun bir prosesdir və Qarabağ savaşında həlak olmuş ermənilər təəssüf ki, artıq heç vaxt həqiqəti bilməyəcəklər. Onlar daha bu prosesə qatıla da bilməyəcəklər. Demək istəyirəm ki, erməni tarixi indi bizim bildiyimiz kimi deyil. Həqiqət kənarda qalıb. Heç bir Ermənistan dövləti, heç bir ”Böyük Ermənistan” olmayıb. Erməni əsgərləri yad ərazilərdə həlak oldular. Ancaq bütün bu adamların günahı yox idi. Onlar böyük bir yalanın qurbanı oldular. Günahkarlar bu yalanı illərdir erməni xalqının başına və qəlbinə yeridən bizim “tarixçilər” və “siyasətçilərdir”, – deyə o qeyd edib.

Ekozyans çıxışı zamanı Azərbaycan xalqını qələbə və ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib: “Mən erməni xalqını da təbrik edirəm ki, onların tamamilə başqa həyatı başlayır. Tarixin başqa bir dövrü. Ümid edirəm ki, ermənilərin əksəriyyəti hələ sağlığında öz həqiqi tarixini öyrənə biləcək”, – deyə tədqiqatçı əlavə edib.

*****

Yuxarıdakı məntiqdən çıxış eləsək, Ermənistanda indi baş nazir Nikol Paşinyanı devirib, yerinə başqa bir “-yan”ı gətirmək erməni xalqı üçün sonuncu yerdə duran bir məsələ olmalıdır. Hərçənd Paşinyanı hakimiyyətdən salmaq getdikcə daha da çətinləşir və faktiki qeyri-mümkünə çevrilib.

“Nikol Paşinyanı zorla devirmək mümkün olmayacaq. Paşinyanın hakimiyyətdə qalmasının əsas səbəbi bu gün Ermənistan əhalisinin əksəriyyətinin apatiya vəziyyətində olmasıdır”.

Rusiya indiki Qarabağ müharibəsinə qarışmayacaq, əks halda Azərbaycanı  itirəcək..." - Aleksandr İsgəndəryan

Aleksandr İsgəndəryan

“Yeni Musavat” xəbər verir ki, bunu İrəvandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan NovostiNK-ə bildirib. 

“Həqiqətdə baş naziri dəstəkləyən elə də çox sayda insan yoxdur. Lakin inqilabın nəticələrini mükəmməl şəkildə görən Ermənistan vətəndaşları bunu əsla təkrarlamağa səy göstərmir, ikinci inqilab istəmirlər. Eyni zamanda Nikol Paşinyanın istefasına real şəkildə həvəsli olan çox sayda rəqib də mövcud deyil. Öz növbəsində müxalifət noyabrın əvvəlindəki kortəbii mitinqlərlə yanlışa yol verdi”, – deyə o qeyd edib.

Politoloqun fikrincə, yeni il tətilindən sonra praktik olaraq heç bir şey dəyişməyib, üstəlik, küçə təzyiqlərini artırmaq layihəsi iflasa uğrayıb.

İsgəndəryana görə, bu cür müxalifət hakimiyyətə erkən seçki keçirməməyə imkan verir: “Bu baxımdan hakim ”Mənim addımım” partiyası, sadəcə, seçki keçirməyəcək. Bütün bunları isə Serj Sərkisyanın yeni konstitusiya və “Seçkilər haqqında” qanunla Paşinyana qoyduğu və hakimiyyət üçün uyğunlaşdırılan parlaq hüquqi miras tam dəstəkləyir”.

Sözünə davam edən erməni ekspert deyib: “Bütün bunlar parlamentdə çoxluq təşkil edən istənilən siyasi qüvvəyə növbəti seçkilərədək hakimiyyətdə qalmağa imkan verir. Bu hökuməti qanuni yollarla devirmək praktik olaraq mümkün deyil”.

Ermənistanda Paşinyanı istefaya məcbur edə biləcək güc çatışmazlığı fonunda İsgəndəryan ən azından bu gün üçün Nikol Paşinyanı öz istəyi ilə istefaya təhrik edə biləcək həvəs və səbəblər görmür. “Ancaq vəziyyətin inkişafı üçün ikinci bir ssenari də var – ”Mənim addımım” erkən seçkilərə gedə, ən azı səslərin 40 faizini qazanmağa çalışa bilər ki, bu da artıq Paşinyana daha 5 il özünü legitimləşdirməyə imkan yaradacaq. Resurslara və mövcud “Seçkilər haqqında” qanuna nəzarət onlara hakimiyyətdə qalmağa imkan verir. Və müxalifət də hakimiyyət kimi bütün bunları əla başa düşür. Düşünürəm ki, hakim qüvvə hələ ki bu iki variant arasında son seçimini etməyib”, – deyə İsgəndəryan fikrini tamamlayıb.

*****

Sonda bir daha vurğulayaq ki, Ermənistan erkən parlament seçkilərinə getsə də, getməsə də, bu, onun düşdüyü indiki ağır duruma çarə tapılması anlamına gəlməyəcək. Ona görə ki, erməni xalqı hakimiyyəti deyil, ilk növbədə onu bu duruma salan və xaricdəki diasporun daim körüklədiyi faşist məfkurəsini dəyişməli, böyük yalanların əsiri olmağa son verməlidir…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160288

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930