DYP sürücülərə xəbərdarlıq edib

02.02.2021 - 18:12

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikada tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması nəticəsində bəzi xidmət sahələrinin və ibtidai təhsil müəssisələrinin fəaliyyətə başlaması ilə əlaqədar paytaxt küçələrində nəqliyyat sıxlığının yaranması müşahidə olunur.

Baş Dövlət Yol Polisi İdarəsindən Musavat.com-a verilən məlumata görə, aparılmış təhlillər zamanı müəyyən edilib ki, ayrı-ayrı yerlərdə nəqliyyat sıxlıqlarının yaranmasına səbəb təkcə avtomobil sayının artması deyil, intensiv hərəkət zamanı müxtəlif texniki nasazlıqlara görə yolun hərəkət hissəsində mühərriki sönüb qalmış avtomobillərdir.

“Belə halların baş verməməsi və nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi bir daha nəqliyyat vasitələrinin texniki sazlığına cavabdeh şəxsləri istifadələrində olan nəqliyyat vasitələrinə vaxtlı-vaxtında texniki qulluq göstərməyə çağırır və nasaz avtomobillərlə yola çıxaraq digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə maneə törədən sürücülər haqqında qanunvericiliyin tələblərinə uyğun qaydada ciddi cəza tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edir”, – deyə məlumatda qeyd olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160483

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930