“Danışıqların başlayacağına ümidvarıq” – Rusiya XİN

28.07.2021 - 19:16

“Həm Azərbaycanla, həm də Ermənistanla yaxın münasibətləri olan Rusiya bu ölkələr arasındakı sərhədə, habelə sülhməramlı qüvvələrimizin yerləşdiyi Qarabağda olan vəziyyətə xüsusi diqqət yetirir. Rusiya sabitliyin qorunmasına, dinc həyatın bərpasına, o cümlədən qaçqınların qaytarılmasına, cəsədlərin qarşılıqlı şəkildə təhvil verilməsinə mühüm töhfə verməyə davam edir. Bakı ilə İrəvan arasında etimad tədbirlərinə dəstək verir, KTMT, BMT, UNESCO missiyalarının bölgəyə gəlişini təmin etmək üçün çalışırıq”.

Bunu Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Rusiya XİN-in Qarabağda gərginliyin artmasını narahatlıqla qarşıladığı diqqətə çatdırılıb: “Bunlar dialoqu yoluna qoymağa mane olur, iki ölkənin əsassız itkilərinə səbəb olur. Yeri gəlmişkən, sərhəddəki insident zamanı həlak olanların yaxınlarına başsağlığı vermək istərdik. Bu kimi məsələlər yalnız siyasi yollarla həll olunmalıdır. Vacib məqam sərt bəyanatlardan vaz keçməkdir. Əminik ki, gərginliyi azaltmağın etibarlı yolu sərhədlərin təcili olaraq delimitasiyasına başlamaq, sonra isə demarkasiyasını həyata keçirməkdir. Rusiya tərəfi dialoq üçün bir sıra sənədlər hazırlayıb”.

Azərbaycan, Ermənistan, Rusiya liderlərinin görüşlərini şərh edən Zaxarova aparılan danışıqlarda regiondakı vəziyyətin əsas yer tutduğunu vurğulayıb. O deyib ki, ölkə rəhbərləri ən əlverişli həll variantlarını tapmaq əzmində olduqlarını, qan tökülməsinə son qoymuş razılaşmaları ardıcıl və hərtərəfli şəkildə yerinə yetirməyə tam sadiq olduqlarını bildiriblər.

Bundan əlavə, bir neçə dəfə müzakirələr aparmış üçtərəfli işçi qrupun fəaliyyətinə də diqqət yetirilib: “İşçi qrupun yaxın vaxtlarda iclaslarına davam edəcəyinə inanırıq. Bu da həm Azərbaycanın, həm Ermənistanın, bütövlükdə Cənubi Qafqazın mənafeyinə uyğun olacaq birgə infrastruktur layihələrinin mərhələli şəkildə icrasına başlamaq imkanı yarada bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165453

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031