Ermənistan Azərbaycana 6 bəndlik təklif GÖNDƏRİB

05.05.2022 - 18:38

Ermənistan Azərbaycanın 5 bəndlik təklifinə cavab olaraq rəsmi Bakıya altı bənddən ibarət təklif göndərib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.

O, təkliflərin nədən ibarət olduğunu açıqlamayıb.

“Bu iki təkliflər paketini birləşdirib müzakirələrə başlamaq lazımdır. Bu məsələdə həm Azərbaycan, həm də digər beynəlxalq tərəfdaşlar tərəfindən anlaşma var. Azərbaycanın bəndlərində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur. Sülh müqaviləsi ətrafında danışıqlara başlamaq lazımdır”, – deyə Qriqoryan bildirib.

Qeyd edək ki, Azərbaycan danışıqların başlaması üçün Ermənistana 5 bənddən ibarət təklif göndərib. Bu təkliflər aşağıdakılardır:

•Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

•Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

• Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

• Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

• Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=174571

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930