Rus deputatlardan Putinə müraciət: Müharibəni dayandırın!

27.05.2022 - 18:19

Rusiyada bir qrup deputat Ukraynadakı hərbi əməliyyatların tezliklə dayandırılması tələbi ilə Prezident Vladimir Putinə müraciət ünvanlayıb.

Cumhuriyyet.az xəbər verir ki, müharibəyə qarşı çıxan deputatlar Rusiyanın Kommunist partiyasının təmsilçiləridir.

Putinə müraciəti regional parlamentin iclasında deputat Leonid Vasyukeviç səsləndirib.

“Rusiya ordusu müharibədə əhəmiyyətli hərbi uğur qazana bilməyəcək. Bununla belə biz ciddi itkilər veririk. Biz başa düşürük ki, ölkəmiz hərbi əməliyyatı dayandırmasa, Rusiyada yetim qalan uşaqların sayı daha da çox olacaq”, – deyə kommunist deputatlar Putinin müharibə siyasətinə qarşı çıxıblar.

Qeyd edək ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. İndiyədək rus qoşunları 30 minədək hərbçisini döyüşdə itirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=175861

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930