Şeyx Paşinyana çağırış etdi

16.03.2023 - 16:41

Hazırda Fransa Avropada islamofobiyanın tüğyan etdiyi bir ölkə kimi seçilir.

Cumhuriyyet.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda bütün din mənsubları qardaşlıq münasibətində yaşayır və dövlətin onlar üçün yaratdığı bütün şəraitdən istifadə edirlər:

“Müqəddəs Quranda Uca Allah bizlərə buyurur: “Yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin”. Təəssüf ki, son zamanlar Avropada islamofobiya meyilləri kəskinləşir. Bu mənada Fransada baş verən anti-islam meyilləri getdikcə daha da kəskinləşir”.

A.Paşazadə bildirib ki, erməni terror şəbəkəsinin əsası da məhz Fransada qoyulub:

“Nifrət çağırışlarının qarşısının alınması olduqca zəruridir. Ötən aylarda İsveçdə Quranın yandırılması da qətiyyətlə pislənilməlidir. Bütün bu təhlükə və təhdidlərdən insanların birgə mübarizəsi nəticəsindən qurtulmaq mümkün olacaq”.

QMİ sədri Ermənistanın baş nazirinə də çağırış edib:

“Nikol Paşinyanın diqqətinə çatdırmaq istəyirəm ki, sovet dövründə belə məscidlər, kilsə və sinaqoqlar təhqir edilməyib. Buralar ən pis halda muzey, yaxud anbar kimi istifadə olunub. Ermənistan baş nazirinin Bakıdakı məscidlərlə bağlı fikirləri isə cəfəngiyyatdan başqa bir şey deyil. Azərbaycan məscidləri sökən, təhqir edən yox, məscid tikən ölkədir. Bu, sadəcə, Ermənistanın vəhşi və barbar hərəkətlərinə bəraət qazandırmaq istəyindən başqa bir şey deyil”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=189962

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930