İqlim dəyişikliyi insanların psixikasına necə təsir göstərir? – Alman nəşri yazır…

03.11.2019 - 11:00

скачанные файлы«İqlim dəyişməsi təkcə Yerin simasını dəyişmir, həm də insanların psixikasına təsir göstərir: təbii fəlakətlər psixoloji zədələr və qorxu doğurur, istiləri özünəqəsdlərin sayının artması müqayiət edir. Yer kürəsinin hər tərəfini «ekoloji matəm» bürüyür» – deyə, “Die Welt” alman nəşri yazır.

Nyüfaundlend Memorial universitetinin nəzdindəki Labrador İnstitutunun direktoru Eşli Kunsolo eskimosların həyatını intensiv şəkildə öyrənməklə məşğul olub. Qərbi Avstraliya Universitetindən olan Nevill Ellis isə Avstraliya fermerləri arasında ətraflı sorğular aparıb. «

Hər iki alim təccüblə müəyyən ediblər: Labrador və Avstraliyanın coğrafi, iqlim və mədəni müxtəlifliklərinə baxmayaraq, sakinlərin iqlim dəyişikliklərinə reaksiyası çox oxşardır» -deyə, jurnalist Kristian Volf bildirib.

Araşdırmaçılar necə deyərlər, eskimoslarla avstraliyalıları əlaqləndirən «ekoloji matəm»dən bəhs edirlər.

«Ekoloji matəm» – qüssə hissidir, müşahidə olunan və ya gözlənilən təbii itkilərə yönəlik reaksiya qismində yaşanır» – deyə, Nevill Ellis danışır.

«Qüssə – itkilərin qarşısında meydana gələn qorxudan baş verir. Onun oxşar formasını alimlər İsveçin köklü xalqları olan saamlarda qeydə alıblar. Onlar maralçılıqla məşğul olurlar və öz ənənəvi həyat obrazının yox olmasından qorxu hissələri keçirirlər».

İqlim dəyişikləyi mütəlif qabiliyyətli insanların psixikasına zərbə vurur. Artıq çoxdan məlumdur ki, iqlim dəyişdikcə, təbii fəlakətlər daha da dağıdıcı olurlar və insanların psixi sağlamlığına dağıdıcı təsir göstərirlər.

Məsələn, Amerikalı Psixoloqlar Assosiasiyası göstərir ki, «Katrina» fırtınasının təsirinə məruz qalmış insanlar arasında özünəqəsdlərin və suicidal fikirlərin sayı 2 dəfədn çox artıb. Hər 6 nəfərdən birinin vəziyyəti posttravmatik stress pozuntusu kriteriyalarına uyğun gəlir. Məqalədə qeyd olunur ki, zərər çəkmiş bölgələrdən birində yaşayan insanların demək olar, 50 faizində həyəcan və emosional pozuntular, həm də depressiyalar inkişaf edir.

Təkcə təbii fəlakətlər yox, həm də iqlimin istiləşməsi insan psixikasına «yük» təsiri göstərir.

«Getdikcə daha çox araşdırmalar göstərir ki, iqlim dəyişikliyi ilə bağlı baş verən ardıcıl dəyişikliklər bizim də psizi sağlamlığımıza təsr göstərəcək» – deyə, araşdırma müəllifi, psixoloq Süzan Kleyton qeyd edir.

«Qüssə və qorxu hissləri ilə birlikdə, doğma yerlərin getdikcə dəyişməsi fonuda insanları hər şeydən əvvəl, temperaturun artması və ekstremal hava şəraitinin sayının artması narahat edir. İstilər aqressiya və prososial davranışın azalması ilə müşayiət olunur» – deyə, Süzan Kleyton əlavə edir.

Bu, belə izah oluna bilər ki, isti özünənəzarət qabiliyyətini azaldır və neqativ fikirlərn baş qaldırmasına kömək edir. «Bunlara əlavə olaraq, araşdırmalar temperaturun qalxması və özünəqəsdlərin, psixi pozuntularla əlaqədar olaraq, xəsiəxanalarda yerləşmələrin sayı arasında qarşılıqlı əlaqənin olduğunu nümayiş etdirir» – deyə, nəşir yazır.

Massaçuset texnoloji institutundan olan alimlərin araşdırmaları göstərib ki, 25-30 dərəcəlik orta aylıq temperaturun 30 dərəcədən yuxarı temperatura yüksəlməsi sağlamlığın psixi problemlərini 0,5 faiz artırır.

«Mümkündür ki, psixi problemlərin artmasının səbəbi fizioloji stressgen amillərin arması ilə bağlı olsun. Və ya onar dolayısı ilə psixi sağlamlığı korlayır. Belə ki, yüksək tempratur səbəbilə insanlar daha az yatır və idmanla məşğul olurlar. Əlbəttə, bir çox hallarda elm bu məsələləri yalnız indi-indi öyrənməyə başlayır. İqlim dəyişikliyi və onun insan psixikasına təsiri mövzusunda keyfiyyətli araşdırmalar hələ ki, defisit olaraq qalır» – deyə, məqalədə qeyd olunur.

Koblens-Landau Universitetindən olan psixoloq Herhard Rezin fikrincə, pis iqlim şəraitinə malik və təbii resurslardan asılı olan bölgələrdə yaşayan insanlarda iqlim dəyişməsi güclü qorxu və narahatlıq yaradır.

Ancaq Nevill Ellis hesab edir ki, belə hisslər Avropa şəhərlərinin sakinlərində də təkrarlana bilər: «Şəhər sakinləri müəyyən yaşıllıq zonaları, ağaclar və parklarla sıx əlaqədə ola bilərlər. Əgər onlar getdikcə yox olarsa, bu, «ekoloji matəm» hissləri doğurar. Həm də bu hisslər yeniliklər və nəhəng ekosistemin vəziyyətinin pisləşməsi barədəki xəbərlərlə güclənə bilər».

Ellis ümid edir ki, alimlərin həyata keçirlikləri araşdırmalar «ekoloji matəm»in öhdəsindən daha yaxşı gələcək. «Mümkündür ki, bu araşdırmalar insaları həm də təbiətdə sevdiklərini və qiymətləndirdiklərini qoruyub saxlamaq istiqamətindəki çalışmalara ruhlandırsın» – deyə, «Die Welt» çağırış edir.

Hazırladı: Mİrzə AĞ

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=135776

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930