Alabaşın şücaət dolu süjetlərinin zibili və yeni təxribatı

20.11.2020 - 10:09

Şuşanın əsgərlərimiz tərəfindən götürüldüyü günlərdə təxribatçı hərbi jurnalist Semyon Peqov haqqında bir yazı yazmışdım, başlığı “Dəhliz kənarıyla qaçan Alabaş” idi.

Bir daha aydırım ki, bu başlığı böyük yazıçı Çingiz Aytmatovun məşhur “Dəniz kənarıyla qaçan Alabaş” əsərinin adına parodiya eləmişdim. Həmin əsərin rusca adı belədir: “Peqiy pyos, bequşiy krayem morya”. “Peqiy” sözünün bizim dilə tərcüməsi “alabaş” deməkdir.

İndi saytlardan oxuyuram ki, ermənilər Alabaşı hədələyirlər, deyirlər: “Əclaf, sən düz 44 gün bizi aldatdın ki, azatmariklər elə döyüşür, belə döyüşür, Hadrut bizdədir, Madagiz özümüzdədir, Şuşada vuruşuruq, Daşaltıda türkləri qırdıq, hanı bəs?”

Peqov da kamerasını vurub qoltuğuna, əkilib ya ata yurdu Smolenskə, ya da sahibi Qabrielyanovun yanına, Moskvaya.

Bir-iki gün əvvəl bu üzqarası WarGonzo “voenkor”u (hərbi müxbir) Ermənistanın baş naziri Paşinyanı “neprav” çıxarmışdı, demişdi ki, erməni döyüşçülər sona qədər Şuşada vuruşurdu, bəyanat imzalananda belə onlar Şuşadaydı. Belə deməklə o, Şuşanın satıldığına, xəyanət nəticəsində Azərbaycan Ordusunun nəzarətinə keçdiyinə işarə etmişdi.

İndi Peqovu hərləyənlər onun yalan dolu reportajlarını izləyənlər də ola bilər, Paşinyanın tərəfdarları da. Axır ki, Alabaş özünü cəncələ salıb.

Düzdür, bizim ölkəmizdə də onun barəsində cinayət işi açılıb, əlimizə keçsə, qoluna qandal vuracağıq, amma biz ermənilər kimi, adamı peysərindən güllələyəsi deyilik, uzağı, tutub gətirib Lapşin kimi mühakimə edəcəyik. (Xatırlayırsınızsa, Azərbaycana qarşı silsilə düşmənçilik etmiş Lapşini tutub mühakimə etdik, anası gəldi Bakıda göz yaşı tökdü, biz də rəhm etdik, azadlığa buraxdıq, alçaq getdi, daha betər şeylər danışdı. O zaman bizdə “gərək bunun anasını ağladaydıq” deyə məcazi söhbətlər edənlər vardı, amma yaramazın anası sözün əsl mənasında ağlamışdı).

Yuxarıda bir WarGonzo söhbəti keçdi, hələ baxaq, görək, o nədir elə. Allaha şükür, hamınız ingilis dilini bilirsiniz, sizə məlumdur ki, “War” müharibə deməkdir, amma “Gonzo”nun mənası çoxdur – dəlilik, gicbəsərlik, başıxarablıq, çılğınlıq – bu silsilədən nə desən, gedir. Ona görə də biz WarGonzo-nu dilimizə “Müharibə gijqulusu” kimi tərcümə edə bilərik. Ya da etmərik, eləcə WarGonzo kimi qalar.

Bax, indi bu “gijqulu Alabaş” dünənə qədər dəstək verdiyi Ermənistanı qarışdırır, sönməkdə, qorlanmaqda olan ocağın üstünə bir badya benzin atır, deyir, siz qəhrəman camaatsınız, müharibədə şir kimi döyüşdünüz, uduzmağa layiq deyildiniz, sizi qəsdən uduzdurdular, özünüzünkülər elədi.

Qəlbi, çiyni, aşağı ətrafı yaralı ermənilər də Peqovun sözlərini ciddiyə alırlar, elə bilirlər, doğrudan da “Şuşa satılmasaydı”, onlar orada Azərbaycan ordusunu, Arsun Ovanesyan demişkən, növbəti dəfə “geri oturda” bilərmişlər.

Bu, təhlükəli söhbətdir. Ermənilər gerçəkdən bu qənaətə gəlsələr, demək, bir az toparlanan kimi yeni bir “azatmarik” dəstəsi toplayıb harasa cumacaqlar, bu dəfə rus sülhməramlılar haraya yetişənə kimi, Koroğlu deyən haqq-hesab olacaq: “Leşdi qalanın yolları”.

Bu “Şuşanı satıblar” söhbəti kimə olmasa da, bizə tanış gəlir. 28 il 6 ay ərzində biz də elə deyirdik. Əslində isə heç vaxt heç kim heç yeri satmır – klassik mənada. Yəni kimsə şəhəri bazarlaşıb, sərfəli qiymətə satıb, 1-2 çamadan pul almır, sadəcə, hücum edənlər güclü olur, müdafə edənlər – zəif. İkincilər görür ki, onsuz da məhv olacaqlar, şəhər də əldən gedəcək, can da. Ona görə də daşınmaz əmlakı qoyur, canlarını götürüb çıxırlar. Sonra da “bizi satmışdılar” deyə əfsanələr uydururlar ki, “qorxdunuz, fərarilik etdiniz” töhmətindən canlarını qurtasınlar.

Nəysə, bu uzun söhbətdir. Əsas odur ki, hazırda ermənilər Peqovun və onun kimilərin fitvasıyla bizim 28 il 6 aydan bəri etdiyimiz söhbətləri edirlər və yavaş-yavaş revanş havasına köklənirlər.

Görünür, onlar Peqovun şücaət dolu süjetlərinə çox baxıblar, onun havasındadırlar. Amma yaxşı olardı ki, kimsə bizim Müdafiə Nazirliyinin hər axşam yaydığı “vurhavur”lu videolardan montaj edərək, çox yox, yarım saatlıq klip düzəltsin və sosial şəbəkələrin erməni seqmentində paylaşsın.

Ondan sonra görək ermənilər bir də müharibə söhbəti edirlərmi…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157511

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930