Kəbədə məsciddə Trampa görə dava düşdü: İmama etraz – VİDEO

01.07.2018 - 22:08

“Bu gün Səudiyyə Ərəbistanı və ABŞ dünyanın iki qütbüdür. Allaha həmd olsun, dünyanı birlikdə idarə edirlər”. “A24.az” türk mediasına istinadən xəbər verir ki, bu sözləri Kəbə imamı Abdurrahman Sudeysi deyib. Əlcəzairli bir müsəlman isə reaksiyası ilə imama həddini bildirib.
Belə ki, İsveçrənin Cenevrə şəhərində məsciddə çıxış edən Kəbə imamı Abdurrahman Sudeysi Səudiyyə Ərəbistanı və Amerikanın dünyanın təhlükəsizliyi və istiqlalı üçün liderlik etdiyini bildirərək Səudiyyə kralı ilə ABŞ prezidenti  Donald Tramp üçün dua da edib.
Bu sözlərdən sonra məsciddən çıxar-çıxmaz Sudeysiyə Əlcəzairli müsəlman vətəndaşdan reaksiya gəlib. Mərd müsəlman özünü saxlaya bilməyərək imamın arxasınca qışqırıb və dünyada müsəlmanların başlarına gətirilən zülmləri sadalayaraq bütün yaşananlarda ABŞ-ı bünahlandırıb:“Yəmən və Qatardakı qardaşlarımızı blokadaya alarkən necə olur indi bizə təhlükəsizlikdən danışırsınız? Əlcəzair, Misir və Türkiyədəki dövlət çevrilişinə cəhdləri necə dəstəkləyirsiniz? Ey sarayın alimləri, siz axirət günündə bu mövqeyinizdən dolayı məsuliyyət daşıyacaqsınız. Bu gün bizə nəsə deməyin, sizə itaət yoxdur. Ey Amerikanın köləsi, biz azadlıq və təhlükəsizliyin nə olduğunu bilirik. Çünki torpaqlarımız azadlıq və təhlükəsizliyin torpaqlarıdır”.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=120998

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930