Məşhur mafioz türmədən helikopterlə qaçırıldı – Video

01.07.2018 - 23:14

Fransada xüsusi rejimli həbsxanada saxlanılan qatı cinayətkar Redoine Faid 4-cü dəfə həbsxanadan qaçırılıb. Teleqraf.com xəbər verir ki, məşhur cani həbsxananın həyətinə enən 3 silahlının köməyilə qaça bilib. Réau həbsxanasında saxlanılan əl-Cəzayir əsilli mafioz ilk dəfə 2013-cü ildə həbsxanadan qaçıb.
Silahlı qanqster dəstəsi olan Redoine Faid ikinci dəfə saxlanıldığı Sequedin həbsxanasının qapısını dinamitlə partladaraq əlindəki silahla üç nəfəri girov götürməklə qaça bilmişdi. Bu günlərdə isə onu helikopterlə qaçırmağı bacarıblar. Faid cinayət əməllərini Amerikanın mafiya filmləri olan “Scarface” və “Heat”dən ilhamlanaraq həyata keçirib.
46 yaşlı Faid sonuncu dəfə polisi qətlə yetirmişdi və 25 il azadlıqdan məhrum edilmişdi. Redoine Faid 2010-cu ildə həyatından bəhs edən “Braqueur” adlı kitab nəşr etdirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=121010

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930