Bakıda yolu keçən piyada 4 maşının toqquşmasına səbəb oldu

25.07.2019 - 14:53

Paytaxtda 4 avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib.

“Report bildirir ki, Alı Mustafayev küçəsi ilə hərəkət edən 01-BT-135 dövlət nömrə nişanlı “Opel Zafira” markal avtomobil yolu qadağan olunmuş yerdən keçən piyadanı vurmamaq üçün sərt tormozlanma edib. Bu zaman arxasınca hərəkət edən digər avtomobillər ona çırpılıb.

Hadisə zəncirvari qəzanın lap sonunda olan 99-TK-311 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürətlə hərəkət etməsi və məsafə saxlamaması nəticəsində baş verib. Belə ki, həmin avtomobil 99-NR-358 dövlət nömrə nişanlı “Mercedes Benz”ə, o, 10-SS-668 dövlət nömrə nişanlı digər “Mercedes Benz”ə, həmin maşın isə 01-BT-135 dövlət nömrə nişanlı “Opel Zafira” markalı avtomobilə çırpılıb.

Nəticədə hər 4 avtomobilə ciddi ziyan dəyib və yolda sıxlıq yaranıb.

Ölən və xəsarət alan yoxdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=130241

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930