Dron hücumlarından sonra Səudiyyə Ərəbistanının reytinqi azaldılıb

30.09.2019 - 18:52

6b6287f4-1875-4e9c-b98a-1be72c16ffc0“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Səudiyyə Ərəbistanının xarici valyutalardakı uzunmüddətli emitent defolt reytinqini (EDR) “A”dan “A+”dək azaldıb.

“Report” agentliyə istinadən xəbər verir ki, reytinqə dair proqnoz “sabit”dir.

Ölkənin neft infrastrukturuna qarşı bu yaxınlardakı dron və raket hücumlarından savayı, yeni hücumlar ehtimal edildiyi, iqtisadiyyata mühüm zərbə vurulacağının istisna olmadığı da bildirilir.

“Səudiyyə Ərəbistanı xarici siyasətinin birmənalı istiqaməti, o cümlədən İranla bağlı ABŞ siyasətinə yaxın xətti, habelə Yəməndəki hərbi münaqişədə davam edən iştirakı nəzərə almaqla geosiyasi gərginliklərin artmasına qarşı həssas vəziyyətdədir. İran və ona yaxın qruplar regional təhlükəsizlik və nüvə sahəsilə bağlı diplomatik müəmmadan yaxa qurtarmağa çalışdıqlarına görə ABŞ ilə Səudiyyə Ərəbistanının İranla daha dərin qarşıdurmaya gedə biləcəkləri göz qabağındadır”, – deyə “Fitch”in açıqlamasında qeyd olunur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=133857

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930