“Qəbələ Qızıl Balıqartırma Zavodu” özəlləşdirilib

15.10.2019 - 10:47

067779c8-8a67-4b83-9dfa-2a6c6bcabd67“Azerbaijan Fish Farm” MMC “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi olub.

Bu barədə “Report”a Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib.

Məlumata görə, qalib şirkət dövlət büdcəsinə 1,2 milyon manat ödəmək, eləcə də ümumi dəyəri 1,1 milyon manat olan İnvestisiya Proqramı icra etmək, müəssisənin əmək haqqı və sosial sığorta borclarını ödəmək, digər sosial-iqtisadi və ekoloji öhdəlikləri yerinə yetirimək barədə öhdəlik götürüb.

İnvestisiya Proqramına əsasən səhmdar cəmiyyətində hovuz və nohurların yenidən qurulması, əlavə nohurların inşası, su təchizatı sisteminin bərpası, yeni avadanlıqların alınması nəzərdə tutulub. O cümlədən, investisiyalar dövriyyə vəsaitlərinin artırılması, bütün tikili və qurğuların, inzibati binanın əsaslı təmiri, abadlıq və digər işlərin görülməsinə cəlb ediləcək.

Müəssisəyə investisiyaların 2 il ərzində yatırılması, görüləcək işlər nəticəsində 36 iş yerinin yaradılması planlaşdırılır. Müəssisənin yenidən qurulması və fəaliyyəti müxtəlif növdə balıqların yetişdirilməsinə şərait yaratmaqla yanaşı, yeyinti sənayesinin inkişafına və əhalinin bu məhsullara olan tələbatının ödənilməsinə xidmət edəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=134576

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930