Astarada sərhədçilər meşədə 25 kiloqram narkotik aşkarlayıblar

14.11.2019 - 10:26

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sər­hə­dinin etibarlı müha­fizəsi istiqamətində həyata keçirilmiş əmə­liyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə nar­kotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.

DSX-dan “Cümhuriyyət”ə verilən məlumata görə, noyabrın 10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəti­cəsində meşəlikdə gizlədilmiş 1 ədəd qara rəngli çanta aşkar olu­naraq götürülüb. Çantaya baxış zamanı ümumi çəkisi 24 kq 785 qram olan (13 kq 240 qr “heroin”, 1 kq 535 qr “meta­mfitamin”, 10 kq 10 qr “tiryək” və 1500 ədəd “metadon-40” həb) narkotik vasitələr aşkarlanaraq götü­rülüb.

Fakt üzrə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və nəticədə Astara rayonunun Sım kəndi yaxınlığında qeyd olunan narkotik vasitələri Azərbaycan Respublikasına gəti­rən İran İslam Respublikası vətəndaşı 1982-ci il təvəllüdlü Əzimi Əhməd Əmənulla saxlanılıb.

Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=136439

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930