Samir Əliyev küçəsində acınacaqlı vəziyyət yaranıb – Sakinlər Suraxanının yeni icra başçısından kömək gözləyir + FOTOLAR

09.12.2019 - 15:49

21 noyabr tarixli sayımızda Suraxanı rayonu ərazisindəki Yeni Suraxanı kimi tanınan qəsəbənin sakinlərinin şikayəti dərc edilmişdi. Şikayətdə göstərilirdi ki, hələ 1990-cı illərdə əsası qoyulan qəsəbənin yolları 20 ilə yaxındır bərbad vəziyyətdədur.

“AzPolitika.info”-ya müraciət edən qəsəbə sakinləri xüsusilə də Samir Əliyev küçəsində vəziyyətin acınacaqlı olduğunu bildirirdilər. Dəfələrlə Suraxanı rayon İcra Hakimiyyətinə və digər müvafiq dövlət qurumlarına müraciət etmələrinə rəğmən qəsbənin yolları təmir edilmir. Sakinlər bildirirlər ki, xüsusilə qış aylarında vəziyyət dözülməz həddə çatır, uşaqların məktəbə getməsi müşkülə çevrilir. Şəxsi avtomobili olmayanların küçələrdə hərəkəti mümkünsüz olur.

Qeyd olunurdu ki, yağıntı olan kimi həmin yollarda nəinki piyada, hətta avtomobillə də hərəkət etmək çətin olur. Sakinlərin dediyinə görə, yağıntı çoxalanda onların çoxu bir neçə günlük ərzaqlarını alırlar ki, suyun, palçığın içində mağazaya getməyə məcbur qalmasınlar.

Növbəti dəfə redaksiyamıza müraciət edən Samir Əliyev küçəsinin sakinləri müvafiq qurumların, xüsusilə də Suraxanı rayon İcra Hakimiyyətinin onların problemlərilə maraqlanmaması ciddi narazılığa səbəb olur. Artıq yağıntılar çoxalıb və yollar daha da acınacaqlı vəziyyətə düşüb. Uşaqların məktəbə getməsi, yaşlı, ahıl adamların isə ümumiyyətlə küçəyə çıxması müşkülə çevrilib. Sakinlər ümid edirlər ki, ötən ayın əvvəlində rayona yeni icra başçısı – Əziz Əzizovun təyinatından sonra vəziyyət dəyişəcək. Nəhayət, qəsəbə sakinlərinin uzun illərdir davam edən problemi həll olunacaq. Sakinlər saytımız vasitəsilə bir daha müvafiq dövlət qurumlarına, xüsusilə də Suraxanı rayon İcra Hakimiyyəti rəhbərliyinə üz tutaraq, bu acınacaqlı vəziyyətə son qoyulmasını istəyirlər.

Həmçinin, Prezidentin ölkə ərazisində yol çəkilişinə böyük diqqət ayırdığını vurğulayan qəsəbə sakinləri tezliklə Yeni Suraxanıya, xüsusilə də Samir Əliyev küçəsinə asfalt yol çəkilməsini ölkə başçısından xahiş edirlər. Çünki digər qurumlara etdikləri müraciətlərə məhəl qoyan yoxdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=138258

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930