Məclisdə mübahisə düşüb – 16 yaşlı oğlan həmkəndlisini bıçaqlayıb (TƏFƏRRÜAT)

13.12.2019 - 11:16

Ağcabədi rayonunda 37 yaşlı kişi bıçaqlanıb.

“Report”un xəbərinə görə, hadisə dekabrın 12-də saat 21 radələrində, rayonun Hüsülü kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2003-cü il təvəllüdlü Əliheydər Mirzəyev həmkəndlisi Namiq Məmmədovun öz həyətində oğlunun hərbi xidmətə getməsi münasibəti ilə təşkil etdiyi məclisdə digər həmkəndlisi, 1982-ci il təvəllüdlü Seymur Mirzəyevlə mübahisə edib.

Mübahisəyə səbəb isə S.Mirzəyevin Ə.Mirzəyevə yaşının az olmasına görə, onunla mübahisə edə bilməyəcəyini deməsi olub. Daha sonra S.Mirzəyev məclisdən çıxaraq evlərinə doğru gedib. Ə.Mirzəyev də onun arxası ilə yollanıb. S.Mirzəyev evlərinin darvasının qarşısına çatan zaman S.Mirzəyev onun sol çiyin, sol kürək və döş qəfəsinin sol yarısı və bel nahiyyəsindən 5 dəfə bıçaq zərbəsi vurub.

Ə.Mirzəyev hadisə yerindən uzaqlaşıb. S.Mirzəyev isə ailə üzvlərinin köməkliyi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun ümumi vəziyyəti stabildir.

Bu gün Ə.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=138640

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930