Bakıda evdən 80 min dollarlıq külçələr oğurlandı – FOTO

17.04.2021 - 17:56

 

Bakıda evdən 80 min dollarlıq külçələr oğurlandı - FOTO

 

Paytaxtın Səbail rayonunda mənzillərdən birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, ev sahibi polisə müraciət edərək bildirib ki, naməlum şəxs mənzildən ümümi dəyəri 80 min ABŞ dolları olan qızıl külçələr oğurlayıb. Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ceyhun Məmmədov saxlanılıb.

O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib. Polis əməkdaşları tərəfindən C.Məmmədovdan həmin külçələr aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlaa bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq tədbirləri davam etdirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=162433

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930