Bakıda 54 nəfəri gün vurub, 14-ü uşaqdır
Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 54 nəfər müraciət edib.
Bu barədə Cumhuriyyet.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 27 nəfəri hospitalizasiya edilib, 27 nəfərə yerində yardım göstərilib.
Məlumata görə, müraciət edənlərdən 40-ı böyük, 14-ü uşaq olub. Hospitalizasiya edilənlərdən isə 20 nəfəri böyük, 7-si uşaq olub.
Short URL: https://www.cumhuriyyet.net/?p=180731