Ordumuzun mövqeləri atəşə tutuldu – Rəsmi
Oktyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Short URL: https://www.cumhuriyyet.net/?p=183347