Keçmiş deputatın oğlu Rəşad Nəbiyev hakim mantiyasını qorumaq üçün mübarizə aparır

18.07.2019 - 13:38

Rusiyanın Volqoqrad vilayətinin Kletsk rayon məhkəməsinin keçmiş sədri Rəşad Nəbiyev hakim mantiyasını geri qaytarmaq üçün mübarizə aparır.

Virtualaz.org xəbər verir ki, onun Azərbaycan vətəndaşlığı daşıdığına görə məhkəmə sədrliyindən və hakimlikdən çıxarılması barədə qərardan verilmiş şikayətə Rusiyanın Ali Məhkəməsi baxacaq. Rəşad Nəbiyev hesab edir ki, onun barəsində çıxarılmış qərar qanunsuzdur və ləğv edilməlidir.

Rəşad Nəbiyev Volqoqrad vilayət Dumasının keçmiş deputatı, uzun müddət “Qazprom”un törəmə şirkətlərindən birinə rəhbərlik etmiş Həsən Nəbiyevin oğludur. Həsən Nəbiyev Azərbaycanın Gədəbəy rayonunun Zəhmət kəndində doğulub, Rusiyada yaşayır və uzun illərdir Volqoqradda iri sənaye müəssisələrinə rəhbərlik edib. Amma bu ilin yazında Nəbiyevin regional Dumadakı çıxışı həm onun özünün, həm oğlunun başına əməlli-başlı iş açdı. Deputat Nəbiyev pensiyaların artırılması haqda müzakirələr zamanı bildirdi ki, aşağı-8 min rubl pensiya alanlar əslində tüfeylilər və “alkaşlardır”. Çünki normal əmək fəaliyyəti ilə məşğul olanlar indi kifayət qədər yüksək pensiya alırlar. Tüfeyliliklə və “alkaşlıqla” məşğul olanlar isə belələrinin zəhməti hesabına pensiya ilə təmin olunurlar.

Hakim “Vahid Rusiya” partiyasının üzvü olan deputatın bu çıxışı böyük qalmaqala səbəb oldu, federal səviyyədə müzakirəyə çıxarıldı və nəticədə o, deputat səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün ərizə yazmalı oldu. Həmin vaxt “təsadüfən” üzə çıxdı ki, Nəbiyevin oğlu-rayon məhkəməsinə 2013-cü ildən bəri sədrlik edən Rəşad Nəbiyevin Azərbaycan vətəndaşlığı da var. Və Rusiya qanunlarına görə bu adam hakim, məhkəmə sədri ola bilməz. Nəticədə atasının mandatının ardınca R.Nəbiyevin də hakim mantiyasını əlindən aldılar.

Lakin R.Nəbiyev bu qərarı qanunsuz sayır və mayın 30-da Rusiya Ali Məhkəməsinə müraciət edərək qərara yenidən baxılmasını istəyib. Habelə Nəbiyev hakimlərin yüksək Kollegiyasına da qərarın ləğvi üçün müraciət edib, bu müraciətə iyulun 22-də baxılacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129810

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930