“Yumşalma zamanı yoluxmaların yenidən artması mümkündür” – Şahmar Mövsümov

08.08.2020 - 13:34

“Azərbaycanda karantin rejiminin yumşaldılması digər ölkələrin təcrübəsinə uyğun həyata keçirilir”.

Report.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

“Təbii ki, yumşalma zamanı yoluxmaların yenidən artması mümkündür, böyük ehtimalla da bu, baş verəcək. Odur ki, yumşalmaya addım-addım gedəcəyik. Əsas məsələ yoluxma sürətinin azaldılmasıdır. Bunun üçün 3 əsas istiqamət var. 1-ci istiqamət karantin rejiminin qaydalarına əməl etmək, maska taxmaq, əlləri yumaq, məsafə saxlamaqdır. 2-ci istiqamət həmin qaydalara nəzarəti həyata keçirmək. Bunun da əsas yükü dövlətin üzərinə düşür və bu istiqamətdə ciddi addımlar atılacaq. Bu gün Baş Nazir iclas keçirəcək və bu iclasda bütün icra strukturları iştirak edəcək, tapşırıqlar veriləcək. 3-cü istiqamət isə yoluxanların erkən müəyyən edilməsidir. Bunun üçün də ciddi işlər görülüb, hər bir yoluxanın vaxtından müəyyən edilərək təcrid edilməsi nəzərdə tutulub”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151907

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930