Sabiq vergi işçiləri hakim qarşısına çıxarılır- külli miqdarda rüşvət alıblar

01.09.2020 - 12:01

Vergilər nazirliyinin sabiq əməkdaşları hakim qarşısına çıxarılır. Onlar barəsində açılmış cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Musavat.com xəbər verir ki, vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyevin və Cahid Tahirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş araşdırılması üçün bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə prosesi yaxın günlərdə hakim Novruz Kərimovun sədrliyi ilə başlayacaq.

Baş Prokurorluğun və İqtisadiyyat Nazirliyinin məlumatına görə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyevin və Cahid Tahirovun qabaqcadan əlbir olaraq vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6000 manat məbləğində pul tələb edib.

Hər iki vəzifəli şəxs rüşvət alarkən cinayət başında yaxalanıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma; külli miqdarda törədilikdə) maddəsi ilə ittiham irəli sürülüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153363

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930