Qardaşının arvadını öldürən şəxsə 15 il həbs cəzası kəsildi

05.02.2021 - 11:32

Qaradağ rayonunda qardaşının arvadını öldürən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham edilən 40 yaşlı Səbuhi Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən S.Əliyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Kərimov daha əvvəl oğurluğa görə məhkumluq həyatı yaşayıb.

Hadisə ötən il Qobustan qəsəbəsində saat 20:30 radələrində baş verib. 1981-ci il təvəllüdlü Laləzar Kərimli aldığı 8 bıçaq zərbəsindən sonra ölüb.

Qətli Laləzar Kərimlinin qaynı Səbuhi Kərimovun törətdiyi məlum olub. Cinayət hadisəsi L.Kərimlinin bacısının evində baş verib.

L.Kərimli gəlin köçdüyü evdə qohumları ilə mübahisə edərək, bacısıgilə gedib. Səbuhi Kərimov qardaşının oğlunu götürərək, hadisəni aydınlaşdırmaq üçün Laləzarın yanına gedib. Bacısının evində olan gəlin və qayın otaqda tək qalıblar. Qohumlar onların söhbət etdiklərini düşünüblər.

Bir müddət keçəndən sonra kişi həmin yeri tərk edib və qohumları L.Kərimlini ölü vəziyyətdə tapıblar.

Hadisəni törədən S.Kərimov bir müddət gizləndikdən sonra Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

S.Kərimova qarşı xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160629

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930