ABŞ-dan Azərbaycanla bağlı tarixi dəstək

02.06.2020 - 11:17

Sfera.az-ın əldə etdiyi məlumata görə, ABŞ-ın ən tanınmış düşüncə mərkəzlərindən olan Heritage Fondu (Heritage Foundation) G7 (Böyük Yeddilər) Sammiti öncəsi ABŞ Prezidenti Donald Trumpın dünya liderləri ilə müzakirə etməli və siyasi dəstək almalı məsələlərin siyahısını hazırlayıb.
Heritage Fondu qeyd edir ki, Böyük Yeddilərlə görüş zamanı ABŞ Prezidenti Donald Trump Trans- Xəzər Boru Kəməri, o cümlədən Cənub Qaz Korridoru layihələrinə dünya liderlərindən siyasi dəstək almalıdır.

Bu addımı Azərbaycanın təşəbbüskarı olduğu enerji siyasətinin uğuru adlandırmaq olar.

Cənub Qaz Korridoru Azərbaycan qazının Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Türkiyə sərhəddinə, TANAP kəməri vasitəsilə Türkiyədən Avropa sərhəddinə, TAP layihəsi vasitəsi Adriatik dənizindən keçərək Avropaya nəqlini nəzərdə tutur. Azərbaycan bu layihənin təşəbbüskarı və əsas lokomotividir.

Trans – Xəzər Boru Kəməri isə Türkmənistan qazının Azərbaycana, Azərbaycandan isə Cənub Qaz Korridoru ilə Avropaya ixracını nəzərdə tutur.

Bu layihələrin ABŞ Prezidenti tərəfindən Avropa liderləri qarşısında qaldırılması bir daha Azərbaycanın dünya miqyasında önəmini gündəmə gətirmiş olur.

Layihələr Azərbaycan qazının Avropaya ixracatı, eyni zamanda Azərbaycanın enerji koridoruna çevrilərək tranzitdən əldə etdiyi gəlirlərin artması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Məlumat üçün bildirək ki, hal-hazırda Heritage Fondu dünyanın ən nüfuzlu düşüncə mərkəzidir. Bu fond Trump Administrasiyası üzərində böyük nüfuza malikdir və verdiyi təkliflərin 80%-i indiki ABŞ höküməti tərəfindən gerçəkləşdirilmişdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=147564

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930