RAMİZ MEHDİYEV ƏLİ ABBASOVU İŞDƏN ÇIXARDI – Yerinə təyinat oldu

14.08.2020 - 11:33

AMEA Rəyasət Heyətinin qərarı ilə Əməkdar mühəndis Vasif Bilal oğlu Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin edilib. AMEA Yüksək Texnologiyalar Parkında (YTP) keçirilən tədbirdə Vasif Abbasov kollektivə təqdim olunub.

YTP-dən bildirilib ki, tədbiri giriş nitqi ilə açan AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri professor Elton Məmmədov V. Abbasovu kollektivə təqdim edərək onun şəxsi keyfiyyətləri, idarəçilik təcrübəsindən bəhs edib.

O, Vasif Abbasovun öz zəngin idarəçilik təcrübəsi ilə YT Parkın fəaliyyətinin genişləndirilməsinə nail olacağına, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə, qurumun inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib və ona fəaliyyətində uğurlar arzulayıb. Həmçinin, E. Məmmədov YT Parkın fəaliyyətinin Elmlər Akademiyası üçün əsas prioritet istiqamətlərdən birini təşkil etdiyini vurğulayaraq, son zamanlar YT Parkda əhəmiyyətli işlərin icra olunduğunu bildirib.

Tədbirdə çıxış edən Vasif Abbasov yeni vəzifəyə təyinatına görə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevə və Elmlər Akademiyasının Rəyasət Heyətinə minnətdarlığını bildirib, Parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

O, AMEA Yüksək Texnologiyalar Parkının innovativ layihələri həyata keçirən bir qurum kimi dövlətin bu istiqamətdə siyasətinə dəstək verəcəyini, elmi nəticələrin tətbiqi əsasında rəqabətqabiliyyətli məhsulların istehsalını və dünya bazarına çıxarılmasını əsas hədəf kimi qarşıya qoyan YT Parkda Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, indiyədək “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru postunu Əli Abbasov tuturdu.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=152228

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930