Azərbaycanlı alimin əsəri qardaş ölkədə nəşr edilib FOTO

28.12.2020 - 16:13

“Uzun illər öncədən tanışlığımız olan professor Qulu Məhərrəmlini Azərbaycanda məşhur televiziya aparıcısı, media mütəxəssisi, publisist və siyasi təhlilçi kimi tanıyırlar. O, sanballı elmi tədqiqatları ilə milli jurnalistikaya yeni nəfəs verib, media problemləri və dilçilik sahəsində çoxsaylı araşdırmaların müəllifidir. Bu səviyyədə alimin qələmindən çıxan hər bir əsər elmə və kütləvi oxucu auditoriyasına xeyli bilik gətirir. Mən bu əsəri oxuduqca gözlərimin önündən Azərbaycan radiosunun zəngin tarixi keçdi. Duydum ki, həmkarım bu kitabını Azərbaycan radiosunun tarixinə, bu tarixi yaradan Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Leyla Terequlova, Mustafa Mərdanov kimi böyük sənətkarlara hüdudsuz bir sevgisi ilə yazıb”.

Musavat.com xəbər verir ki, bu sözləri türkiyəli professor Pof.Dr.Yucel Sarı professor Qulu Məhərrəmlinin Ankarada “Gülnar yayınları” nəşriyyatında çap olunan “Radio teatr sənəti” adlı monoqrafik əsəri haqqında danışarkən deyib.

Kitabı türk oxucularına təqdim edən İstanbul Yeni Yüzyıl Universitetinin Media və jurnalistika kafedrasının müdiri, Pof.Dr.Yucel Sarı yazdığı giriş məqaləsində Azərbaycan radiosunun tarixi, onun bədii verilişlər sistemi, dram sənətinin bir qolu kimi radioteatrın inkişafı, bu sahənin formalaşmasında rolu olan böyük sənətkarlar haqqında fikirlərini qeyd edib. Eyni zamanda o, professor Q.Məhərrəmlinin mediadakı çoxşaxəli fəaliyyəti və zəngin elmi yaradıcılığı haqqında oxuculara məlumat verib. Qardaş ölkədə maraqla qarşılanan əsər haqqında digər nüfuzlu teleradio mütəxəssisləri də yüksək rəy bildiriblər.

Qeyd edək ki, redaktorları Hamit Gök və Dr.Hüseyin Soytürk olan “Radio teatr sənəti” əsəri kütləvi tirajla nəşr edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158988

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930