Qənirə Paşayeva qəhrəman şəhidimiz Elşad Qurbanovun ailəsi ilə görüşüb FOTO

12.01.2021 - 10:53

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonu, Əyyublu kənd sakini, Vətən Müharibəsinin şəhidi Vahid Qurbanovun valideynləri Elşad Nurəddin oğlu Qurbanov və Nurlana Əli qızı Babayeva ilə görüşüb.

Musavat.com xəbər verir ki, komitə sədri Şəhid valideynlərini düşmən üzərində tarixi zəfər münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Sizin oğlunuzun və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Oğlunuz Vahid Vətən Müharibəsində cəsarətlə iştirak edib, həyatını canından əziz tutduğu Vətənimiz uğrunda fəda edib. Oğlunuz Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Bu medallar oğlunuza respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, habelə Füzuli və Xocavənd rayonıarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında fədakarlıqla iştirak etdiyinə görə verilib”.

Millət vəkili bildirib ki, şəhidlərimizlə yalnız valideynlər, ailə üzvləri deyil, bütünlüklə qədirbilən xalqımız fəxr edir:

“Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik! Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibətilə təbriki ən çox haqq edən insanlar Siz şəhid valideynlərisiz.

Əziz şəhid valideynləri! Sizi düşmən üzərində qələbə münasibətilə bir daha təbrik edir, yeni təqvim ili münasibətilə ən xoş diləklərimi yetirirəm”.

Q.Paşayeva şəhid valideynlərinə Mədəniyyət Komitəsi adından məktub və üzərində “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159668

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930