Ağalılar evlərinə çatdı – FOTOLAR

23.07.2022 - 17:25

İyulun 23-də Zəngilan rayonunun Ağalı kəndinə yola düşən daha 10 ailə öz doğma yurduna çatıb.

Cumhuriyyet.az xəbər verir ki, sevinc və qürur hissləri ilə Vətənə dönən zəngilanlıları Ağalı kəndində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb və onların xoş təəssüratları dinləyib.

Doğma torpağa dönən zəngilanlılara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı azad etdikdən sonra burada tikinti-quruculuq işləri geniş vüsət alıb. Nəticədə ötən dövr ərzində Ağalı kəndində lazımi infrastruktur yaradılıb. Kənd hazırda doğma sakinlərinə qucaq açıb.

Bu böyük dönüşlə nəinki Şərqi Zəngəzurda, o cümlədən Zəngilanda həyat öz axarına qayıdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=179288

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930