Suqovuşanda “Prezident kuboku-2023” başladı

04.05.2023 - 12:15

Mayın 4-də Suqovuşanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş avarçəkmə üzrə “Prezident kuboku-2023” turnirinin təntənəli açılış mərasimi keçirilib.

Cumhuriyyet.az xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov iştirakçıları salamlayıb, “Prezident kuboku-2023” turniri haqqında məlumat verib. Bildirib ki, reqatada 20-dək ölkədən idmançılar yarışacaq. Yarışlar Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən Suqovuşan su anbarında başlayır. Növbəti iki gündə reqata Mingəçevir şəhərində keçiriləcək. Bağlanış mərasimi mayın 7-də Bakı bulvarında baş tutacaq.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev turnirin önəmini vurğulayaraq deyib ki, 44 günlük haqq savaşımız, Ali Baş Komandanın rəhbərliyi altında şücaətli ordumuzun 30 il düşmən tapdağında qalmış torpaqlarımızı işğaldan azad etməsi bizi həsrət qaldığımız bölgələrimizə, havamıza, suyumuza qovuşdurdu:

“Biz bu gün Qarabağımızın darmadağın edilmiş maddi-mənəvi irsini, təbiətini yenidən bərpa edirik. Qarabağa həyat qayıdır. İşğaldan azad edilmiş torpaqlarımız artıq bir sıra beynəlxalq və ölkədaxili önəmli tədbirlərə ev sahibliyi edir. Həm mədəni layihələr, həm elmi konfranslar, həm də idman yarışları kimi tədbirləri buna misal çəkə bilərik. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı yaradıcı, qurucu, sülhpərvərdir. Biz qalib ölkənin vətəndaşlarıyıq”.

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov “Prezident kuboku-2023” turnirinin keçirilməsinin önəmini vurğulayaraq, deyib ki, artıq 3-cü dəfədir Suqovuşana yarış keçirmək üçün gəlmişik:

“Hər dəfə bura gələn, yarışda iştirak edən xarici ölkələrin sayı artır. Bütün bu təşkilatçılıq dövlətin dəstəyi olmadan mümkün deyil. Bizim idmançılarımız daim dövlət başçımız İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısını hiss edib. Mən bütün idmançılara uğurlar arzu edirəm”.

Sonra reqataya start verilib.

Turnirin birinci günündə yarışlar Suqovuşanda keçiriləcək. 20-dək ölkədən olan 100-dən çox yerli və xarici avarçəkənin qatıldığı turnirdə idmançılar Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparırlar. Yarışların növbəti iki günü, 5-6 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman mərkəzində davam edəcək.

Mayın 7-si – reqatanın bağlanış mərasimində Bakı Bulvarında, Su İdman Sarayının yaxınlığında, dəniz kənarında keçiriləcək mükafatlandırma mərasimi ilə yanaşı, paytaxt sakinlərini möhtəşəm şou proqram gözləyir. Bədii hissədə 3D effektli lazer şou, tanınmış rəqs qruplarının çıxışı, xalq artisti Miri Yusifin solo ifası və möhtəşəm atəşfəşanlıq tamaşaçılara əsl bayram ab-havası yaşadacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=191621

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930