Deputat mühüm sənədi şərh etdi: “Ermənilərin yeganə qazancı Laçından…”

11.11.2020 - 10:15

Elman Nəsirov: “Bu bəyanatda Azərbaycanın şərtləri qəbul edilib”

Siyasi təhlilçilər hesab edir ki, noyabrın 10-da üç ölkə  arasında imzalanan bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiyanı qəbul etməkdən başqa yolu qalmadı.

Noyabrın 10-da imzalanan birgə bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə, əslində Paşinyan kapitulyasiya şərtlərinə razılığını vermiş oldu. Dövlətimizin başçısı dəfələrlə, o cümlədən BBC-yə son müsahibəsində də bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda hərbi əməliyyatlar dayandırılacaq.

Noyabrın 10-da imzalanan birgə bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə, qarşıdan gələn qış mövsümündə qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız da işğaldan azad olunur. Həmçinin bölgədə sülhyaratma prosesi Rusiya və Türkiyənin birgə iştirakı ilə təmin olunacaq.

Türkiyə həm də atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında da fəal yer alacaqdır. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq.

Həmçinin sülhməramlıların əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılacaq.

Bəyanatda digər önəmli məqam ondan ibrətdir ki, burada Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Artıq qoşunların təmas xətti anlayışı yoxdur. Atəşkəs hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur.

Sənəddə yer alan digər önəmli məqam isə Naxçıvanın blokadadan azad olunması ilə bağlıdır. Belə ki, Rusiya tərəfi Ermənistan ərazisi üzərindən Naxçıvanla dəhlizin yaradılmasını öz üzərinə götürür.

Deputat Elman Nəsirov: "Demədiyim sözləri adıma çıxarırlar" | Report.az

 Elman Nəsirov

Deputat Elman Nəsirov bildirdi ki, Rusiya-Azərbaycan – Ermənistan rəhbərlərinin imzaladığı bəyanat Azərbaycanın möhtəşəm diplomatik uğurudur, tarixi qələbədir. Bu tarixi qələbənin müəllifi isə şəhdilərimizdir, Ali Baş Komandan İlham Əliyevdir, müzəffər Ordumuzdur: “Laçın, Kəlbəcər və Ağdam rayonlarını döyüş olmadan azad edirik. Bu bəyanat Dağlıq Qarabağı statussuz qoyur. Bu bəyanatda Azərbaycanın şərtləri qəbul edilib. Azərbaycan Prezidenti bütün çıxışlarında qeyd edirdi ki, biz hərbi fazanın dayandırılmasını istəyirik, amma bir şərtimiz var, sülh danışıqları üçün Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanımalı, işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən çıxarmaq qrafikini verməlidir və qrafik təsdiqlənməlidir. İmzalanan bəyanatda bu məsələlər əksini tapıb. 9 bənddən ibarət olan bu bəyanatda əsas məqam Dağlıq Qarabağın ətrafında işğal altında hələ də qalan rayonlarımızın 20 gün ərzində işğaldan azad edilməsi öhdəliyini Ermənistan rəhbərliyi öz imzası ilə götürüb. Bu çox önəmli məsələdir. Bizim üçün strateji məsələlərdən biri də Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin artıq gündəmdən çıxmasıdır. Biz heç bir öhdəlik götürməmişik ki, Dağlıq Qarabağa hər hansı bir status verək. Yəni Dağlıq Qarabağ birmənalı şəkildə Azərbaycanın tərkib hissəsi kimi qəbul olunur, təsdiqlənir. Çox mühüm məsələlərdən biri də Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsinin quru əlaqəsinə təminat verən razılaşmadır. Ermənistan baş naziri öz imzası ilə təsdiqləyir ki, Ermənistandan keçməklə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru əlaqəsi-dəhliz təmin edilir. Düzdür, bunun qarşılığında Laçın dəhlizi məsələsində Azərbaycan tərəfi öz üzərinə öhdəliklər götürür, amma bizim üçün Naxçıvanla əlaqə yaradan dəhlizin əldə olunması çox vacib idi”.

Deputat qeyd etdi ki, razılaşmaların necə həyata keçiriləcəyi, razılaşmalara nə dərəcədə riayət olunacağı məsələsi çox önəmlidir. Bu baxımdan monitorinq funksiyasını həyata keçirəcək sülhməramlı mərkəz yaradılır ki, burada rus hərbçiləri ilə yanaşı Türkiyə hərbçilərinin də iştirakı olduqca əhəmiyyətlidir: “Qardaş ölkənin təmsilçiləri Dağlıq Qarabağda sülhyaratma prosesində birbaşa iştirak edəcəklər. Azərbaycan Prezidentinin təkidi ilə bu məsələ müsbət həllini tapıb.

Bütövlükdə bu sənədi qısa belə şərh etmək olar:

1) Qeydsiz-şərtsiz bizim olacaq və bir dənə erməninin belə ayağının dəyməyəcəyi ərazilər-Zəngilan + Qubadlı + Cəbrayıl + Füzuli + Laçın + Kəlbəcər + Ağdam + Qazax + Şuşa + Hadrut.

2) Azərbaycanlılar və ermənilərin birgə yaşayacağı ancaq Azərbaycan ərazisi daxilində qalacaq və nə Ermənistan, nə “Artsax”’la bağlı heç bir xüsusi statusu olmayacaq ərazilər-Xankəndi + Xocavənd + Xocalı + Ağdərə.

3) Təhlükəsizliyin qarantları-Rusiya + Türkiyə.

4) Azərbaycanın əlavə qazancı-Naxçıvanla Azərbaycanı birləşdirən “bir neçə nöqtədən” dəhliz.

5) Ermənilərin yeganə qazancı-Laçın koridorundan Şuşa xaric Dağlıq Qarabağa gediş-gəliş üçün dəhliz.

6) Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq! “Artsax” adlı qondarma “dövlət” tarixə qovuşdu”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157077

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930