Messinin koronavirus qorxusu: “dünyanın necə olacağını bilmirik…”

01.06.2020 - 00:53

“Çoxumuz baş verənlərdən sonra dünyanın necə olacağını bilmirik. Vəziyyətin bizi təəccübləndirməsindən başqa, bir çoxları çətin günlər keçirdi. Çünki bu, hər kəsə müəyyən dərəcədə təsir edib”. “Report”un məlumatına görə, bu fikiləri İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi “El Pais” nəşrinə açıqlamasında koronavirus pandemiyası ilə bağlı vəziyyəti şərh edərkən deyib.

33 yaşlı hücumçu insanların öz qohumlarını, dostlarını itirdiyini və onlarla normal şəkildə vidalaşa bilmədiklərini vurğulayıb. Argentinalı hücumçunun sözlərinə görə, sevdiklərini itirməkdən daha pis şey yoxdur: “Məncə, bu, çox ədalətsizdir. Futbol bütün həyat kimi heç vaxt əvvəlki kimi olmayacaq”.

Qeyd edək ki, martda koronavirus pandemiyası səbəbindən dayandırılmış İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=147474

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930