Çeçenistan lideri Kadırov Zabit Səmədov və Burak Özçivitə ziyafət verdi
Çeçenistanın lideri Ramzan Kadırov azərbaycanlı idmançı Zabit Səmədov və Türkiyənin məşhur aktyoru Burak Özçivitlə bir araya gəlib.
Musavat.com xəbər verir ki, Kadirov ilə məşhurların görüşü Qrozni şəhərində baş tutub. Ramzan Kadirov onlar üçün böyük məclis təşkil edib.
Gecədə Zabit və Burakın rol aldığı “Kurtuluş Osman” serialının yaradıcı heyəti də yer alıb. Görüşdən görüntülər sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, Z. Səmədov Türkiyənin ATV kanalında yayımlanan “Kurtuluş Osman” serialında Gəncəbəy obrazını canlandırır.
Short URL: https://www.cumhuriyyet.net/?p=160878