YAP-çı iş adamı Şamaxı başçısına fakt açıqladı

03.12.2018 - 12:40

 

YAP-üzvü, Azərbaycan Respublikasının idman ustası, gənc sahibkar Salahov Toğrul Saleh oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına və Şamaxı rayon İcra Başcısı Tahir Məmmədova müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Yazıb sizə bildirrmək istəyirəm ki, Şamaxı rayon Göylər kəndinə Dövlətimiz tərəfdən qayğı yüksək səviyyədədir. Bizim kəndimizdə 12 min əhali var,Azərbaycanın ən böyük kəndlərindən biridir.Bizim kəndimizə ölkə rəhbərliyi tərəfindən göstərilən qayğıya görə prezidentimizə minətdarıq.Bizim kəndimizə Göstərilən qayğı nəticəsində,bir yeni məktəb binası tikildi,Uşaq baxcası tam təmir edildi,kəndimizə gələn yol tam təmir edilərək asfalt yol çəkildi,kəndimizin işıq xətləri kabeləşdirildi yeni trasformatorlar qoyuldu,Kəndimizə qazlaşdırılıb,kəndimizdə yeni Tibb məntəqəsi tikildi,bunlara görə biz ölkə Başcımıza minətdarıq.

Bizim kəndimizdə catışmayan hallar ondan ibarətdirki,Göylər kəndində Kənd İcra Nümayəndəsi və Kənd Bələdiyyə sədri demək olar ki yoxdur.Nə kənd icra nümayyəndəsi,nədəki kənd bələdiyyə sədri kəndlə maraqlanmırlar.Kəndin bir problemi olan zaman kənd icra nümayyəndəsinə bildiririk oda hec bir tədbir görmür.Onun başı qarışıb öz biznesinə gah tikinti matriyaları maqazinində olur gahda Çöl Göylərdə arı təsərüfatı iylə məşğul olur.Hec kənd icra nümayəndəliyyinin pecatıda onda olmur,pecat icra nümayəndəliyyinin muhasibi Elşən Bəşirovda olur.Bu adam artıq iki ildirki kəndin icra nümayyəndəsidir,bu iki ildə nə müraciyyət etsəkdə hec bir iş həl olmayıb,ya bu adam yerində yoxdur,yadakı işləyə bilmir.

Bizim kəndimizin Bələdiyyə sədri Nəbi Nəbiyevdə artıq 9 ildirki bu kəndin Bələdiyyə sədridir.Bu 9 il ərzində kəndimiz ücün hec bir iş görməyib.Kəndə məxsus əkin torpaqların saxta sənədlərlə yurd və obyekt yeri kimi satıb.Kəndimizə qaz cəkilən zaman Sovet vaxtından qalan qaz turbaların satıb öz şəxsi malı kimi.Kəndə kimsə xeyrətlik yolara cinqıl tökdürürsə onu yazıb heysabatda deyirki bu yolu təmir etdim.Heysabatlarıda saxta kecir ona görə saxta kecirki həmin heysabat gizli kecir,orada kənd camahatı yox məktəb,baxca və tibb məntəqəsinin işciləri olur.Kəndimizin kücə işıqlarının pulunuda ödəmirki bücədə pulum yoxdur.Mən bir kənd əhalisi kimi 9 ilin heysabatın istəyirəm bu Bələdiyyə sədrindən və üzvülərindən.Kəndimizdə boş yer qalmayıb bu 9 il ərzində hamısın satıb,özüdə hec bir dövlətə vergi ödəmədən satıb,saxtakarlıqla aqro islahat adıyla.Bu gündə satdığı torpaqı o cür sənədləşdirilər.Bu 9 il ərzində ilə aşağısı 10 yurd heysablayanda yurdu 4000-5000 dən aşağı satmırlar.Buda 9 il ərzində 360000 manat pul eləyir.Kəndimizdən yiğılan vergidə ilə 15000-20000 manat pul olur.Bunuda 9 il ərzində heysablayanda 135000 manat pul edir.Kənd Bələdiyyəmiz heysabat versinki bu qədər puldan kəndimiz ücün nə edib.Kəndimizin bulaqlarının və kəndimizin kücələrinin təmirə ehtiyacları var.Kəndimizin kücə İşıqları borcdan kəsilib onuda ödəmirki pulum yoxdur bücədə.

Mən bir vətəndaş olaraq Rayon İcra Hakimiyyətində Birinci Müavin olan Qasım Qasımova minətdarlığımıda bildirirəm,ondan ötrüki dəfələrlə kəndimizin nə problemi olubsa gecə gündüz bizim telefonlarımıza cavab verib,problem tez həlini tapıb.İşıqla bağlı,qazla bağlı kəndimzlə bağlı daha özümüzdə utanırıq Qasım müəlimə zəng vurmağa, Qasım müəllim bi isan kimi həmişə bizimlə xoş danışıb problemlərimiz dərhal həl olub.Kənd icra nümayyəndəsi və bələdiyyəsi yerində olsa bizim kəndin probblemləri yerində həl olunar.

Hörmətli Cənab Prezident və Şamaxı rayon İcra Başcısı mənim müraciyyətimlə bağlı qanuni tədbir görülməsi ücün tapşırıq verməyinizi xahiş edirəm.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=125176

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2018
BE ÇA Ç CA C Ş B
« Noy    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31