Hindistanlıların Şəhidlər Xiyabanında rəqsi qəzəbə səbəb oldu – VİDEO
Lent.az məlumat verir ki, bu barədə YAP Siyasi Şurasının üzvü, sabiq millət vəkili Aydın Mirzəzadə bildirib. O qeyd edib ki, Azərbaycanlılar üçün müqəddəs olan bir məkanda xaricilərin belə hərəkəti yolverilməzdir:
“Hesab edirəm ki, bu məsələyə çox ciddi yanaşılmalıdır. Həmin şəxslər tapılıb dərhal ölkəmizdən deport edilməli və uzun müddət Azərbaycana gəlməsinə qadağa qoyulmalıdır. Eyni zamanda Hindistanın Azərbaycandakı səfirliyinə, bura səfər edən vətəndaşlarına Azərbaycanın tarixinə, dəyərlərinə hörmət edilməsini xatırlatması nəzərlərinə çatdırılmalıdır”.
Short URL: https://www.cumhuriyyet.net/?p=140512