Qənirə Paşayeva şəhid Nurlan Vəliyevin valideyni ilə görüşüb FOTO

14.02.2021 - 11:31

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayon, Qovlar şəhər sakini, Vətən Müharibəsinin şəhidi Nurlan Vəliyevin atası Habil Baloğlan oğlu Vəliyevlə Mədəniyyət Komitəsində görüşüb, şəhidin döyüş yolu və ailəsinin qayğıları ilə maraqlanıb.

Musavat.com xəbər verir ki, şəhid atası ilə ürək sözlərini bölüşən Komitə sədri, ona işğalçı düşmən üzərində qələbəyə görə təbrik və təşəkkürünü bildirb: “Tarixi zəfərə görə təbrik və təşəkkürü ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq!

Sizin oğlunuz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda edib. Şəhid Nurlanın ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Oğlunuz Nurlan Murov istiqamətindəki strateji yüksəkliklər uğrunda gedən döyüşlərdə şəhid olub.
Nurlan kimi gənclərimizlə hər zaman qürur duyacağıq!

Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Tarixi zəfər münasibəti ilə Sizə Mədəniyyət Komitəsi adından bir daha təbrik və təşəkkürlərimizi yetirirəm”!
Şəhid atasına Mədəniyyət Komitəsi adından Məktub təqdim olunub.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161442

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930