Ermənistanda yüksək vəzifəli hərbçilər barəsində cinayət işi başlanılıb

01.09.2020 - 10:56

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxslərinə qarşı cinayət işi başlayıb.

“Report” xəbər verir ki, bunu “Joxovurd” qəzeti yazıb.

Nəşrin məlumatına görə, həmin hərbçilər dələduzluqda ittiham olunurlar. Milli Təhlükəsizlik Xidmətinin apardığı araşdırmalarla müəyyən edilib ki, həmin məmurlar 2019-cu ilin may-iyun aylarında Ermənistan Müdafiə Nazirliyinin tikintilərində və binalarında havalandırma sistemlərinin, eləcə də su borularının təmiri ilə bağlı elan edilən açıq tenderdə hüquqi şəxs qismində iştirak etmiş şirkəti qalib elan ediblər. Şirkət hərbi hissələri təmir etməyi öhədəsinə götürsə də, nazirliyin vəzifəli şəxsləri ilə sövdələşərək heç bir iş görmədən iyulun 13 və 31-də imzalanan müqavilə əsasında 150 milyon dram (312 min 410 ABŞ dolları) məbləğində maliyyə vəsaitini mənimsəyiblər.

Həmin hərbçilər barəsində Cinayət Məcəlləsinin dələduzluq, sənəd, ştamp, möhür, blank və nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının saxtalaşdırılması, xidməti vəzifədən sui-istifadə maddələri üzrə cinayət işi başlanılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153323

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930