İranın “Qüds” qoşununun komandanı Suriyada yaralanıb

01.09.2020 - 11:42

İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın paytaxtı Dəməşqin cənubunda Bəşşar Əsədə sadiq qüvvələrin mövqelərini bombalaması nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının “Qüds” qoşununun komandanı, general-mayor İsmail Kaani yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “newsru” yayıb.

Rəsmi Tehran və Başşar Əsəd rejimi informasiyanı nə təsdiq, nə də təkzib edib.

Xatırladaq ki, aprelin 1-də İsrailin Suriyanın Homs şəhərini bombalaması nəticəsində İsmail Kaaninin öldüyü barədə xəbər yayılmışdı.

Qeyd edək ki, “Qüds”ün əvvəlki komandiri Qasım Süleymani Bağdadda ABŞ Hərbi Hava Qüvvələrinin raket zərbəsi nəticəsində ölüb.

İranın ali lideri, Silahlı Qüvvələrin Ali Baş Komandanı ayətullah Seyid Əli Xaməneinin sərəncamı ilə bu vəzifəyə İsmail Kaani təyin edilib. İ.Kaani sələfinin müavini vəzifəsində çalışıb. O, vaxtilə İran-İraq müharibəsində briqada komandiri kimi iştirak edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153346

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930