Fikrət Yusifov: “Mehrinin geri qaytarılması üçün əsaslar kifayət qədərdir”

03.11.2020 - 10:39

 “Sərhədləri boyunca Türkiyədə, Gürcüstanda, İranda və Azərbaycanda yaşayanlar Azərbaycan türkləridir”

Müzəffər Azərbaycan Ordusu 30 ilə yaxındır Ermənistanın işğalı altında olan Qarabağı azad edir. Qarabağın bütün rayon və kəndlərinin işğalçılardan təmizlənərək azad olunacağı şübhəsizdir.

Ermənistanın əlində Qarabağdan başqa da Azərbaycan torpaqlarının olduğu bəllidir-Zəngəzur, Göyçə mahalı. Qarabağ işğaldan azad edildikdən sonra bu torpaqlarımızı da ermənilərdən geri ala bilərikmi? Zəngəzurun, Göyçənin, Mehrinin Azərbaycana birləşdirilməsi nə zamansa reallaşa bilərmi və hazırkı geosiya vəziyyət buna imkanlar tanıyırmı?

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, ermənilər özlərini nə qədər fəda etsələr də tarixi dəyişdirmək iqtidarında ola bilməzlər. Bütün dünyada hər kəsin bildiyi həqiqət odur ki, bugünkü Ermənistan bizim əzəli ata-baba torpaqlarımızda yaradılıb. Bir millət kimi harada olmalarından asılı olmayaraq şeytana əngəl ola bilən bu məxluqların torpaqlarımıza gəlməsi tarixi o qədər də böyük deyil. Hətta İrəvanın bəlli səbəblərdən onlara bəxş edilməsi də tarixi bir həqiqətdir: “Ermənistan adlı qondarma dövlət bu gün dörd tərəfdən Azərbaycan türklərinin əhatəsində yaşayır. Onların sərhədləri boyunca Türkiyədə, Gürcüstanda, İranda və Azərbaycanda yaşayanlar Azərbaycan türkləridir. Biz milli alicənablığımıza uyğun olaraq zamanında bu yaramazlara öz evimizin içərisində yaşam yeri verdik. Onlar isə zaman-zaman nankor xislətlərini ortaya qoydular. Öncə Ermənistan dövləti yaradıb sonradan Zəngəzurun bir hissəsini ”mədəni” işğal etdilər, bundan sonra Azərbaycanla Naxçıvanı birləşdirən Mehrini sovetlər birliyinin erməni rəhbərlərinin əli ilə Ermənistana birləşdirdilər. Sovetlər birliyi dağılmaq ərəfəsində və o, dağıldıqdan sonra Dağlıq Qarabağı və onun ətrafındakı yeddi rayonu işğal etdilər. Səksəninci illərin sonlarında onlar “miatsum” deyəndə şəxsən mən mətbuat səhifələrində çıxış edib, bunun müqabilində Zəngəzurun Azərbaycana qaytarılması məsələsinin gündəmə gətirilməsini təkid etmişdim. Lakin bu, o, vaxtkı Azərbaycan siyasi rəhbərliyinin qətiyyətinə uyğun olmayan bir məsələ idi. Əslində Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı erməni planı Moskvada Ulu Öndər Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra başladı. Təbi ki, qorxaq ermənilər Heydər Əliyev kimi bir nəhəngin qarşısında at oynada bilməzdi. Onlar, sadəcə olaraq, özlərinin tülkü xislətlərinə uyğun olan məqamı seçdilər. Ancaq yanıldılar. Heydər Əliyevin yenidən Azərbaycana qayıdıb, qüdrətli Azərbaycan qurmaq planını ortaya qoyması və bu planın İlham Əliyev tərəfindən son 17 ildə uğurla reallaşdırılması bizi bugünkü qalibiyyət zirvəsinə ucaltdı”.

Fikrət Yusifov Ana Vətən Partiyasından istefa verdi

Fikrət Yusifov

F.Yusifovu sözlərinə görə, sovetlər birliyi dağılmağa başladığı vaxtdan etibarən ermənilər “böyük Ermənistan”la bağlı məsələlərin sürətlə reallaşdırılmasının vaxtının çatdığına özlərini inandırmışdılar. Lakin onlar çox ciddi yanlışlıqlara yol verdilər. Bir çox məqamları doğru-düzgün dəyərləndirə bilmədilər: “Bu yanlışlıqların sırasına bir nəzər salaq:

– Ermənilər Heydər Əliyev kimi bir nəhəngin Azərbaycanda yenidən hakimiyyətə qayıdacağını görə bilmədilər;

– Onlar Azərbaycanda neft bumunun olacağını və bu faktorun güclü Azərbaycan qura bilməkdə rolunu dəyərləndirə bilmədilər;

– Yüz ildən sonra Türkiyənin bölgənin geosiyasi məsələlərin həllində yenidən dünyaca böyük bir qüdrət sahibi olacağını hesablaya bilmədilər;

– Onlara Azərbaycan torpaqlarında “ev kirayə etmiş” Rusiyanın gerçək siyasətini dəyərləndirməyi bacarmadılar.

Ermənilər tarix boyu anlaya bilmədilər ki, onlar Rusiyaya nə üçün lazım idilər. İndi bu “lazımın” vaxtı bitdi və ona görə Rusiya bu artıq yükü boynundan atmaq qərarı verdi”.

F.Yusifov fikrinə davam edərək dedi ki, Zəngəzur və Göyçənin də azad olunması üçün geosiyasi əlverişli zamanın gələcəyi şübhəsizdir: “Biz zamanı yetişdikcə digər ata-baba torpaqlarımızı da Qarabağı bu gün işğaldan azad etdiyimiz kimi işğaldan azad edəcəyik – bu bizim haqqımızdır. Başlanğıc üçün Naxçıvanla quru yolumuzu birləşdirən Mehrinin geri qaytarılması baş tutmalıdır. Çünki bu ərazi ermənilərə vaxtı ilə sovetlər ittifaqında yüksək vəzifə tutmuş bir yaramaz erməninin qərarı ilə verilib. Mehridən sonra şərait yetişdikcə digər torpaqlarımız da geriyə qayıdacaq. Mütləq qayıdacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156831

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930