10 noyabr bəyanatı Minsk Qrupunu dəfn etdi

11.11.2020 - 10:11

Politoloq: “Təmas xətti boyunca ancaq Rusiya sülhməramlıları yerləşdiriləcəksə, bu proses yarımçıq qalacaq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə Dağlıq Qarabağdakı vəziyyəti həll etmək üçün ortaq bir işçi qrupu yaratmağı təklif edib. Bu barədə “CNN Türk” telekanalı diplomatik mənbələrə istinadən xəbər verib. Mənbənin məlumatına görə, Ərdoğan bu təklifi noyabrın 7-də Putinlə telefon danışıqlarında irəli sürüb. İddiaya görə, yaxın günlərdə Qarabağla bağlı danışıqlar ikitərəfli formata çevrilə bilər, Bu, ATƏT-in Minsk Qrupundan kənarda işləyəcək. Yeni qrup siyasi həll prosesinə rəhbərlik etmək üçün atəşkəsdən sonra tədbirlər hazırlayacaq. Rusiya İqtisad Universitetinin Siyasi Elmlər və Sosiologiya kafedrasının dosenti, Alexandr Perendjiev də deyib ki, Azərbaycan problemi özü həll etdiyi üçün daha vasitəşilərə ehtiyacı qalmayıb.

Beləliklə, artıq söyləmək olarmı ATƏT-in Minsk Qrupu tarix olur və belə bir vasitəçiyə ehtiyacımız qalmadı?

Politoloq Yeganə Hacıyeva bildirdi ki, münaqişənin nizamlanmasının ilkin illərində Azərbaycanın dövlət və cəmiyyət olaraq ATƏT-in Minsk Qrupundan gözləntiləri var idi. Biz yeni dövlət olaraq  həmsədr ölkələri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzv ölkəsi olan ATƏT-in Minsk Qrupunu həmsədrlərinin nizamlanma prosesində uğurlu ola biləcəyini ehtimal edirdik. Dağlıq  Qarabağ konfliktinin nizamlanmasına başlandığı ilkin illərdə bunu müsbət dəyərləndirdik. Çünki ATƏT-in Minsk Qrupu həmsədr ölkələri BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ konfliktinin həllinə dair 4  qətnamənin tərtib olunmasında iştirak etmiş və  ona səs vermişdi: “BMT TŞ qətnamələrində Azərbaycanın ərazi bütövlüyünün tanınması, Ermənistanın işğal edilmiş ərazilərdən çıxarılması, qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsinin təmin olunması üçün həlledici bəndlər göstərilirdi. Lakin konfliktin nizamlanmasında davam edən 27 il ərzində  ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri  BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin sülh yolu ilə icra edilməsini təmin etmək üçün səy göstərmədi.

 

Yeganə Hacıyeva

Ümumi dişsiz bəyanatlar verməklə, işğalçı və işğal olunana eyni standartlar tətbiq etdi,  konfliktin həllində real imkanları yetərincə dəyərləndirmədi.

Digər tərəfdən isə  ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin hər üçünün BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olması nizamlanma prosesinin bu 3 ölkənin monopoliyasına düşməsinə şərait yaradıb. İstənilən yeni səylər bu üçlük tərəfindən boğuldu. Azərbaycan tərəfinin bir neçə dəfə ATƏT-in Minsk Qrupunun həmsədrliyinə digər ölkələrin namizədliyi üçün göstərdiyi təşəbbüslərin eyni formada qarşısı alındı və istənilən format dəyişikliyi təklifi həmsədr ölkələr tərəfindən bloklandı.

Burada onu da qeyd edim ki, ümumilikdə ATƏT coğrafiyasında konfliktlərin hər birinin nizamlama prosesində ATƏT formatı qüsurlu və yarıtmaz bir təsisatdır.

ATƏT öz coğrafiyasında  BMT kimi nüfuzlu təşkilatın qətnamələrinin icra edilməsinə  yetərincə səy göstərməməsi ilə, bəzən isə açıq-aydın bu qərarların əksinə atdığı addımlarla qlobal  səviyyədə təhlükəsizlik səylərini sabotaj edirdi. Bu da onunla nəticələndi ki, ATƏT-in 30 ilə yaxın “status- kvo”nu qorumasından sonra Azərbaycan həmin qətnamələrin icrasını özü təmin etdi. Beləliklə, faktiki olaraq artıq ATƏT-in Minsk Qrupuna ehtiyac qalmayıb”.

Y.Hacıyeva hesab edir ki, 10 noyabrda Rusiya, Azərbaycan, Ermənistan rəhbərlərinin imzaladığı bəyanat Minsk Qrupunun Qarabağ məsələsindən kənarda qalmasını demək olar təmin etmiş oldu. Bundan sonra danışıqlarda Türkiyə prezidentinin Rusiya prezidentinə etdiyi təklifdə nəzərdə tutulan format işlək ola bilər.

Ekspert onu da dedi ki, bu proseslərlə paralel ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağda “sülhməramlı” missiya və ya “nəzarət mexanizmi” həyata keçirə bilməsi haqqında təkliflər oldu, lakin 30 illik uğursuz təcrübədən sonra Azərbaycan bununla razılaşmadı. Çünki ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistanın bu prosesdə sabotajlarına, bütün davranışı ilə  BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin münaqişənin həllinə dair səylərinin əhəmiyyətsiz etməsinə adekvat yanaşmamaqla, bəzən yarıtmaz, bəzən isə tərəf kimi çıxış etməklə özünü doğrultmadı: “Dünən 3 ölkə-Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladığı Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı gedən proses ATƏT-in Minsk Qrupu çərçivəsində getmir. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun  həmsədr ölkəsi kimi  Rusiya Dağlıq Qarabağda ”sülhməramlı” missiya və ya “nəzarət mexanizmi” həyata keçirə bilməzdi.  Çünki ATƏT-in Minsk Qrupunda 2009-cu ildən  “həmsədr ölkə qüvvələri sülhyaratma prosesində iştirak edə bilməz” kimi razılaşması mövcud idi. Son günlər haqqında səslənən və Türkiyə prezidenti  Ərdoğanın Rusiya prezidenti  Putinə təklif etdiyi Dağlıq Qarabağdakı vəziyyəti həll etmək üçün ortaq bir işçi qrupu yaratma təklif fərqli  formatdır.

Hər hansı bir Avropa Birliyi ölkəsi və ya ABŞ bu formatda heç bir formada iştirak etmir. Tətbiq ediləcək nəzarət mexanizmi beynəlxalq sülhməramlı təcrübələr və Rusiya və Türkiyənin daha öncəki regionlarda sülh yaratma təcrübəsinə uyğun ola bilər. Diqqəti çəkmək istədiyim ən vacib məqam isə sülhməramlı qüvvələrin tərkibi barədədir. Məsələ ondadır ki, Dağlıq Qarabağda təmas xətti boyunca ancaq Rusiya sülhməramlıları yerləşdiriləcəksə, bu proses uğurla davam etməyəcək və yarımçıq qalacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157072

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930