Ermənistanda İran II yerdə: Rusiya uduzur – Ananyan

03.05.2023 - 16:30

Erməni cəmiyyəti getdikcə daha çox Rusiyadan üz döndərib, AB, ABŞ-a və İrana üz tutur. Uzun illər Rusiya təbliğatı və aparıcı siyasi qüvvələri Moskvanın Ermənistanın yeganə müttəfiqi olduğunu iddia edərək erməniləri aldatmaqla yanaşı, ABŞ, Fransa, NATO və AB-yə qarşı da böhtan kampaniyası aparıblar.

Cumhuriyyet.az xəbər verir ki, bunu erməni jurnalist Robert Ananyan deyib.

“Lakin 44 günlük müharibə göstərdi ki, Rusiya Ermənistanın qeyd-şərtsiz dəstəkçisi deyil. Bu gün ermənilər Rusiyadan çox Qərbə arxalanmağa üstünlük verirlər.

Beynəlxalq Respublikaçılar İnstitutunun sorğusuna əsasən, ermənilərin yalnız 10%-i Rusiya ilə münasibətlərin hazırkı vəziyyətini çox yaxşı, 40%-i isə bir qədər yaxşı kimi qiymətləndirib. Bu, əvvəllər Ermənistanda danılmaz xilaskar obrazına malik olan Rusiya üçün fəlakətli dərəcədə aşağı rəqəmdir. 15% Rusiya ilə Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətini çox pis, 34% isə bir qədər pis kimi qiymətləndirib. Yəni ermənilərin təxminən 50%-i Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyətini mənfi qiymətləndirir.

Eyni sorğuda iştirak edən ermənilərin 63%-i Ermənistanla Fransa arasında münasibətlərin hazırkı vəziyyətini çox yaxşı, 33%-i isə bir qədər yaxşı kimi qiymətləndirir. Ermənilər öz növbəsində Fransanı mütləq lider və mühüm tərəfdaş hesab edirlər. Ermənistan vətəndaşlarının 75%-i Fransanı Ermənistanın ən mühüm siyasi tərəfdaşı hesab edir. İkinci yerdə 67%-lə İran qərarlaşıb”, – o bildirib.

Erməni jurnalist qeyd edib ki, Rusiyanın erməni cəmiyyətində mənfi rolu getdikcə daha çox vurğulanır:

“Rusiya Ermənistanda Qərbə uduzur. Tədricən Rusiyanın məğlubiyyəti daha aydın görünəcək. Bu göstəricilər Ermənistan hakimiyyətinin Rusiyadan üz döndərib Qərbə üz tutması və ABŞ, Fransa, AB və NATO ilə daha dərin əməkdaşlığa başlaması üçün yaxşı əsasdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=191588

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930