Əliyev və Paşinyan Tvitter-də Qarabağdan yazdılar

15.12.2018 - 10:52

Erməni hökumətinin başçısı Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev dünən Tvitter sosial şəbəkəsində Qarabağ münaqişəsinin nizama salınmasının perspektivləri haqda iki maraqlı mesaj yazıblar.

Virtualaz.org bildirir ki, Azərbaycan və erməni liderləri yazıları təxminən eyni vaxtda qoyublar.

Qarabağ münaqişəsinin sülh nizamlanması Ermənistanın əsas prioriteti olaraq qalır. Bunu Twitter-dəki mikrobloqunda respublika baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyan yazıb.

“Biz regionda sabitlik və sülh naminə nizamlanmanın sülh prosesini davam etdirəcəyik. Nizamasalma bütün tərəflərdən səylər tələb edir”, – deyə Paşinyan vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev hesab edir ki, 2019-cu il Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına yeni impuls verəcək.

“2019-cu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinə yeni impuls verəcək”, – deyə cümə günü İ.Əliyev Twitter-dəki mikrobloqunda qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=125564

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930