Lavrov: “Ermənistan rəhbərliyi 10 noyabr bəyanatının alternativsiz olduğunu etiraf etdi”

21.11.2020 - 15:25

“Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanata yenidən baxılması cəhdləri qəbuledilməzdir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı 10 noyabr tarixli üçtərəfli nizamlanmaya dair bəyanatı şübhə alına almaq olmaz:

“Ermənistan rəhbərliyi ilə danışıqlarda bu bəyanatın alternativsiz olduğu etiraf edildi. Qeyd olundu ki, Ermənistan daxilində və xaricində bəyanatı şübhə altına qoymaq qəbuledilməzdir. Ermənistan baş naziri və prezidenti bəyanatın icrasına tam sadiqliklərini bəyan etdilər. Onlar bu bəyanatın ciddi problemləri həll etdiyini, insanların həyatını xilas etdiyini bildirdilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157583

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031