Regionda “Qafqaz beşliyi” – Ermənistan yenə kənarda qalır

25.11.2020 - 11:06

Azərbaycan, İran, Rusiya, Türkiyə və Gürcüstan formatında yeni qurum yarana bilər; Asim Mollazadə: ”Azərbaycanın müharibədəki qələbəsi Cənubi Qafqazda yeni əməkdaşlıq sistemi formalaşdıra bilər, Ermənistan isə…”

Qarabağ müharibəsinin başa çatması və işğalçı qüvvələrin ərazilərimizdən qovulması təkcə bir münaqişənin sonu deyil, həm də regionda stabilliyin, iqtisadi açılımın, yeni ittifaqların, əməkdaşlıqların təməlinin qoyulmasının başlanğıcıdır. Harada qəsbkar, işğalçı varsa, orada inkişaf qeyri-mümkündür, yalnız münaqişənin ədalətli həlli ilə bölgədə sabitlik, ticari əlaqələrin genişləndirilməsi reallaşa bilər.

“Yeni Müsavat” bildirir ki, o nöqteyi-nəzərdən regionda yeni əməkdaşlıq formatının yaranacağı şəkk-şübhə doğurmur, Ermənistan istisna…Söhbət ondan gedir ki, region ölkələri, bizim dünyanın iqtisadi və siyasi həyatında mühüm rol oynayan qonşularımız bir-birinə daha da yaxınlaşmalıdırlar. Hətta belə demək mümkünsə, müharibə Azərbaycan, İran, Rusiya, Türkiyə və Gürcüstanın mövqelərini son dərəcə elə yaxınlaşdırıb ki, bu formatda hətta yeni qurum – məsələn, şərti adı “Qafqaz beşliyi” olacaq əməkdaşlıq həm realdır, həm də praqmatik bir addım olardı. Artıq bu haqda danışmağa başlayıblar. Siyasi şərhçilər, beynəlxalq ekspertlərin proqnozlarından oxumaq olar ki, bölgədə yeni iqtisadi konfiqurasiya yaranır, hamı var, Ermənistandan başqa. İrəvan özünə məclisin heç ayağında da yer tapa bilmir. Bu da illərlə aparılan işğalçı siyasətin və özünə Qərbdə yeni ağa axtarışına çıxmaq cəhdlərinin nəticəsidir.

Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin istismara verilməsindən 14 il keçir  - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspertlərin fikrincə, ilk növbədə enerji əməkdaşlığını və təhlükəsizliyini nəzərdə tutulur. Əslində bu beş ölkə enerji sahəsində partnyordular. Elə Bakı-Tiflis-Ceyhan kəmərini yada salmaq kifayətdir. İndi İranın və Rusiyanın da bu əməkdaşlığa daha fəal cəlb edilməsi üçün şərait yaranıb. Məsələn, Bakı-Novorossiysk kəməri BTC-yə qoşulmaqla Rusiya da bu enerji marşrutundan gəlir əldə edir. Həmçinin Naxçıvan dəhlizinin açılması ilə bölgədə böyük iqtisadı qapılar açıla bilər. Burada Türkiyə, Rusiya, İran və Azərbaycan arasında yeni format yarana bilər. Türkiyə-Naxçıvan-Azərbaycan xəttində və Xəzər ətrafında yaşana biləcək, gözlənilən bir hərəkətlilik sadəcə Cənubi Qafqaz üçün deyil, bütün Avrasiya üçün impuls ola bilər.

Bu impuls Çindən Avropayadək uzanan “İpək yolu”nun orta qurşağına təsir edə biləcək. Çünki Bakı-Tiflis-Qars dəmir yolu və ona bağlı olan digər dəhlizlər birbaşa bu xəttin parçalarıdırlar. Əlbəttə, əgər müharibədə ciddi itkilərə məruz qalan Ermənistan qonşuları ilə düşmənçilik siyasətinə son qoysa, bu dəfə də iqtisadi və siyasi projeyə qatılmaq fürsəti əldə edə bilər.

Asim Mollazadə: Dövlət başçısı İlham Əliyevin təşəbbüsü dünya miqyaslı  hadisə kimi qiymətləndirilir - İki sahil

Asim Mollazadə

Bu barədə fikirlərini bizimlə bölüşən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan bölgədə kommunikasiya sistemlərinin hamısının bərpa olunmasında maraqlıdır. Deputatın sözlərinə görə, Azərbaycan bütün ölkələrin iqtisadi sahədə əməkdaşlığının artmasını istəyir: “Bu da özü-özlüyündə Azərbaycanın həyata keçirdiyi siyasətin mahiyyətidir. Azərbaycan Şərq-Qərb, Şimal və Cənub arasında yeni nəqliyyat sistemləri formalaşdırıb. Bu sistemlə həm enerji daşıyıcılarından istifadə etmək olur, həm dəmiryolları və avtomobil yolları var. Bu yatırımlar bölgəni inkişaf etdirməyə, regionun əhəmiyyətini artırmağa doğru davam edəcək”.

A.Mollazadə hesab edir ki, Ermənistan qonşularına ərazi iddialarından əl çəkməlidir, Türkiyə və Azərbaycanla sülh, əməkdaşlıq istiqamətində siyasət yürütməlidir: “Onun regionda varlığı yalnız bundan asılıdır, ancaq əməkdaşlıq etməklə Ermənistanın yaşaması mümkün olacaq. Ona görə də Azərbaycanın müharibədə qazandığı qələbə Cənubi Qafqazda yeni əməkdaşlıq sistemi formalaşdıra bilər”.

İRAN AZƏRBAYCANI AÇIQ MÜDAFİƏDƏN NİYƏ ÇƏKİNİR? – Rəsmi Tehran Türkiyə- Azərbaycan ittifaqından narahat olmamalıdır - TƏHLİL | KONKRET

Deputat güman etmir ki, region ölkələri arasında əməkdaşlığın yeni formatı Qərb tərəfindən qısqanclıqla qarşılansın və yaxud bizə təzyiqlərə gətirib çıxarsın: “Qərbin özünü üçün də bu sistemdə maraq var. Avropanın bu əməkdaşlıqda öz yeri var. Bu mənada təzyiq üçün əsas görmürəm. Azərbaycanın Qərblə Şərqi birləşdirən enerji strategiyası Avropa üçün uyğundur, onların şirkətləri burada fəal iştirak edə bilərlər. O baxımdan kiminsə əməkdaşlıqda iştirakı digərlərinin iştirakını istisna etmir. Azərbaycan öz siyasətini hamı ilə əməkdaşlıq qurmaq əsasında yürüdür”.

TÜRKİYƏ, AZƏRBAYCAN VƏ RUSİYA EYNİ SƏNGƏRDƏ:

Onun sözlərinə görə, son vaxtlarda Qərbin bəzi dairələrinin qərəzli mövqeyi, xüsusən Fransanın davranışları arxasında korrupsiya sistemi duran erməni diasporasından qaynaqlanır: “Onlar Fransada mediadan, siyasi əlaqələrdən istifadə edirlər. Qərbin ən gözəl ölkələrində yaşayırlar, amma fəaliyyətlərin nifrət üzərində qurublar. Çünki onları nifrət qidalandırır. Onlar anlamalıdırlar ki, nifrəti kənara qoymalıdırlar, bu halda bölgədə əməkdaşlıq mümkündür. Eyni zamanda beynəlxalq araşdırmalar aparılmalıdır, həmin diasporaların korrupsiya fəaliyyəti və maliyyə mənbələri haqda araşdırma aparılmasına nail olmalıyıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157735

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930