BMT-nin rəhbərliyi səviyyəsində Ermənistana təzyiqlər göstərilməlidir – Deputat

03.04.2021 - 18:27

 

BMT-nin rəhbərliyi səviyyəsində Ermənistana təzyiqlər göstərilməlidir - Deputat

 

“2005-ci ilin 8 dekabr tarixində BMT Baş Məclisi 4 aprel tarixini Mina Təhülkəsizliyi ilə Beynəlxalq Mübarizə Günü kimi adlandırıb. Həmin gün bütün dünyada qeyd olunur. Bu da təsadüfi deyil. Çünki hazırda mina təhlükəsizliyi beynəlxalq təhlükəsizliyin beynəlxalq elementlərindən birinə çevrilib. Hətta müharibələr başa çatdıqdan sonra belə insanların, dinc əhalinin məhvinə gətirən bir təhlükədir”.

Bunu  açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Millət vəkili bildirib ki, mina təhlükəsinin olduğunu hiss etməməyin özü ən böyük təhlükədir: “Təsadüfi deyildir ki, BMT-nin ən son hesabatında göstərilir ki, son 20 il ərzində 53 milyon mina zərərsizləşdirilib. Bu, çox nəhəng rəqəmdir. Təsəvvür edin ki, bu milyonlarla insanın məhvinə gətirəcək bir addım olardı. Buna baxmayaraq, hazırda da bu təhlükə qalmaqdadır. Xüsusilə müharibə ocaqlarında, hətta söndürülmüş müharibə ocaqlarında da mina təhlükəsi insanlar və insanlıq üçün çox böyük təhdid mənbəyinə çevrilib. Bu təhlükənin nə dərəcədə ciddi olduğunu Azərbaycan dövləti hamıdan yaxşı dərk edir. Çünki 30 il ərzində torpaqları Ermənistanın işğalı altında olub. Bu müddət ərzində Azərbaycan torpaqlarında saysız-hesabsız minalar basdırılıb. Hətta müharibədən sonra da hərbçilərimizin, mülki şəxslərimizin minaya düşməsi faktları qeydə alınırdı. Bu vəziyyəti gərginləşdirən digər mühüm amil onunla bağlıdır ki, Ermənistan tərəfi minalanmış ərazilərimizin xəritəsini hələ də Azərbaycana vermək istəmir”.

Deputatın fikrincə, Ermənistan ciddi cəhdlə bundan boyun qaçırır. Cürbəcür bəhanələr gətirirlər: “Özlərini görməzliyə vururlar. Beynəlxalq sənədlər nöqteyi-nəzərdən, xüsusilə Ottava konvensiyası prizmasından yanaşsaq, bunun özü beynəlxalq bir cinayətdir. Azərbaycanın Ermənistana qarşı beynəlxalq məhkəmələrdə təzminatla yanaşı, həm də bu məsələləri gündəmə gətirəcəyi şübhə doğurmur. Bu istiqamətdə işlər getməkdədir. Ona görə də beynəlxalq birlik bu kimi məsələlərdə çox ciddi addımlar atmalıdır. BMT-nin mina təhlükəsizliyi məsələləri ilə bağlı xüsusi bir qurumu da fəaliyyət göstərir. Onların da hesabatları dərc olunur. Hesab edirəm ki, BMT-nin rəhbərliyi səviyyəsində Ermənistana təzyiqlər göstərilməlidir ki, mina xəritələrini Azərbaycana qaytarsın. Əks halda bu, insanların həyatı üçün çox böyük təhlükə mənbəyi olaraq qalacaq”.

Millət vəkili bildirib ki, bu məsələlərdə BMT Təhlükəsizlik Şurasının, BMT Baş Assambleyasının, BMT-nin mina təhlükəsizliyi ilə bağlı müvafiq xidmətinin üzərinə böyük məsuliyyət düşür:

“Nəhayət ki, onlar işğal faktoru ilə bağlı 4 qətnamənin icrasını yerinə yetirə bilmədilər, heç olmasa, minalanmış ərazilərin xəritəsinin Ermənistandan alınması məsələsində prinsipiallıq, qətiyyət nümayiş etdirsinlər. Özlərinin simalarını qoruyub saxlasınlar. Bunu etməyəcəyi təqdirdə onsuz da nüfuzu xeyli dərəcədə zəifləmiş BMT-nin imicinə növbəti zərbə dəymiş olacaq. Hesab edirəm ki, bu məsələlər müharibə bitdikdən sonra daha da aktuallaşıb. Bu məsələ ilə bağlı beynəlxalq birlik də öz qətiyyətli və prinsipial mövqeyini ortaya qoymalıdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161965

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930